09 Sentyabr 2025 11:04
104
ELM VƏ TƏHSİL

Kolleclərə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün qeydiyyat başlayır

Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə əlavə yerləşdirmə üzrə qəbul olunanlar üçün elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbul olunmuş şəxslər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr 2025-ci il saat 18:00-da yekunlaşacaq.