adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Iyun 2018 15:31
93060
MÜSAHİBƏ

KÖKÜNƏ ƏYİLƏN XAN ÇİNAR - Əbülfət MƏDƏTOĞLU

Məsul dövlət vəzifələrində çalışmış, 18 ilə yaxın Füzuli rayonuna rəhbərlik etmiş Nəbi Muxtarovun bu günlərdə 70 yaşı tamam oldu. "Ədalət" qəzetinin redaktor müavini Əbülfət Mədətoğlu yubliyarla həmsöhbət olub.

Adalet.az söhbəti oxucularına təqdim edir:

... Bütünmövcudluqların başlanğıcı var. Necə ki, sevginin və nifrətin başlanğıcı olur.Necə ki, arzuların və ümidlərin başlanğıcı olur. Amma çox qəribədir ki, bütünbaşlanğıclar sevincə köklənmir. Məsələn, gündüzün sonu gecədir. Gecəbaşlanğıcına sevinmir. Çünki, gün bitir, günəş arxa plana keçir, gündüz isə özbaşlanğıcına sevinir. Çünki, gecə bitir, qaranlıq çəkilir. Mən insanları da beləcə,iki hissəyə bölmək, iki qrupda birləşdirmək istəyirəm – həyatı, yolu, əməli heçnə ifadə etməyən, cəmiyyətə heç nə verməyən, qaranlığı daha çox xatırladaninsanlar, bir də şam kimi yanan, günəş kimi şölə saçıb, varlığı ilə təkcə çevrələrinideyil, bütövlükdə cəmiyyəti qaranlıqdan keçirən, işığa bələyən gündüz adamlar,gün işıqlı adamlar...

İndi üz-üzəoturduğum və nə vaxtdan bəri içimdə dolandırdığım sualları ünvanlayacağım İNSANda həmin o, gün işığı adamların ən işıqlılarından biridir. Və indi günişığıyla, gün işıqlı ADAMla müsahibəm və ona...

Nəbi müəllim,siz ədəbiyyatı, folkloru yaxşı bilən ziyalılarımızdan birisiniz. Gəlin, bir anlıqyüz il bundan önə gedək. Uçan xalçanın üstündə, yaxud büründüyümüz sehirlixalatda. Orda Muxtarovların yeni nəsli ilə qarşılaşaq və onlar sizin kimliyinizilə maraqlansınlar. Bax, bu məqamda Nəbi Muxtarovun özünü təqdimatı necəolacaq?

İlk sözüm... təbiiki, müstəqil Azərbaycanın həqiqi vətəndaşlarından biri olmuşam və bunun ardıncada Muxtarovların öz zamanında üzə çıxan, nəslimə, aid olduğum çevrəyə vicdanlahörmət qazandırmağım olub! – deyərdim. Ardınca da vurğulayardım ki, öz həyatımhaqqında danışmaq ixtiyarını zamana və mənim zamanımın adamlarına verərdim.Çünki, ən böyük hakim zamandı, bir də kənar müşahidəçilər, necə deyərlər,xalqın gözü tərəzidir. Zaman, məkan və şəraitin bir-biriylə kəsişmə nöqtəsindəbaş verən hadisələr kimin kimliyini və göstərdiyi xidməti özü birmənalı şəkildəifadə edir. Və indinin özündə də elə o dediyiniz yerdə, vaxtda da mənim deməkistədiyim bircə kəlmə var: çalışın ailənizə, millətinizə, vətəninizə layiqolun. Gəlin, burda bir məqamı unutmayaq. İçində olduğumuz zamana, yaşadığımızhadisələrə, bizi əhatə edən mühitə hərənin öz münasibəti var. Hər kəs baş verənlərəöz bildiyi, anladığı kimi qiymət verir. Amma gəlin unutmayaq ki, bugünkü tələm-tələsik,bəzən də eyforik qiymətlər müəyyən zamandan sonra öz həqiqi məcrasına dönəcək,yəni, həyat, tarix bütün deyilənləri ələkdən keçirib, gerçəyisaxlayacaqdır. Çox istərdim ki, onlar mənimhəyatımı mükəmməl bir əsərin səhifələri kimi oxusunlar. Onda məni daha yaxşıtanıyıb, daha yaxşı duyacaqlar. Əgər oxusalar inanıram ki, məni təkrarlamaq, mənəoxşamaq yox, məndən qat-qat yaxşı olmaq istəklərini gerçəkləşdirəcəklər. Məhzonda mən yaşadığım, çalışdığım üçün peşman olmayacam. Bilirsiniz, mənim atam ədəbiyyatmüəllimi olub, sonra da məktəb direktoru. O, Şeyx Nizaminin "Xəmsə”sini əzbərbilirdi. Gözəl mütaliəçi idi və mən də atamın bu mütaliə sevgisini, ədəbiyyatahəsr etdiyi ömrünün işıqlı tərəflərini əxz eləmişəm. Az qala hər yeni əsəri səbirsizlikləgözləmişəm, kitabları acgözlüklə oxumuşam. Kitab adamları istiqamətləndirir.

Ədəbiyyatıniçində olan atam çox dürüst kişi idi, səmimi insan idi, ancaq gerçəyi danışmağıbacarırdı. Ona görə də mən sizinlə bu müsahibəmdə yalnız gerçəyi danışacam ki,gələcək Muxtarovlar bu gerçəkdən məni tanısınlar, məndən öyrənsinlər və nəsillərininkimliyindən xəbərləri olsun.

Gəlin elə o gerçəkdənbaşlayaq. Bir Azərbaycan vətəndaşı kimi bilirəm ki, Nəbi Muxtarovun cəmiyyətimizdəbütöv, oturuşmuş bir obrazı var. Hətta mən belə deyərdim ki, Nəbi Muxtarov AzərbaycanınÜmummilli lideri Heydər Əliyevin Füzulidəki variantıdır, ifadəsidir. Yəni, sizFüzuli üçün örnək ola bilən bir şəxsiyyətsiniz. Özünüz də bayaq örnək olmaqfikrini qabartdınız. Bax, bu mənada həyatınızda örnəyiniz kim olub?

Əvvəldə dediyimkimi, insanı, şəxsiyyəti yetişdirən, şərait, zaman və məkandı. Burada şəraitinüzərinə yük bir az artıq düşür. Allah rəhmət eləsin Ulu Öndərə, onun Azərbaycanüçün xidmətləri birmənalıdır. Kimlər, hansı donu geydirsələr, hansı iftiralaratsalar da o böyük insanın üzərinə köl­gə sala bilməyəcəklər. Mən bunu cəsa­rətləvə əminliklə deyirəm. Ulu Öndərimiz ikinci dəfə hakimiyyətə qayıdanda ölkədə vəziyyətson dərəcə xaotikdi, aləm bir-birinə qarışmışdı. Müəyyən qüvvələr də gizlissenarilər hazırlamışdılar və həmin ssenarilərə görə ermənilər daha bir neçərayonumuzu işğal etməliydilər ki, xalqın öz liderinə ümidi, inamı qırılsın.Bax, belə bir vaxtda Heydər Əliyev öz təmkini, qətiyyəti və uzaqgörənliyi iləölkə rəhbərliyini öz nəzarəti altında toplaya bildi. Araqarışdıranları,qarşıdurma yaratmaq istəyənləri çox məharətlə meydanlardan çəkindirdi. Və o, özətrafına işləyə bilənləri topladı, özü də kimliyindən asılı olmayaraq, yalnızbacarıqlıları axtarıb tapırdı. Doğrudur, Ulu Öndər məni öncədən də tanıyırdı. Mənonun kadrı olmuşdum, onun rəhbərliyi altında işləmişdim və nazir müavini səviyyəsinəgəlib çatmışdım. Hadisələrin həmin o qızğın vaxtında İmişli rayonundaqaçqınlarla bağlı keçirilən tədbirdə idim. Mənə çatdırdılar ki, Ulu Öndər səniBakıya çağırır. Dərhal paytaxta qayıtdım və yaxınlarımdan öyrəndim ki, cənab HeydərƏliyev məni Füzuliyə başçı təyin etmək istəyir. Adətən, kimisə hansısa vəzifəyəirəli sürəndə öncə yüksək səviyyədə onunla söhbət aparılır, fikir öyrənilir,ancaq mənimlə heç bir söhbət aparılmadı.İmişlidə ezamiyyətdə olarkən mənim namizədliyim Ulu Öndərimiz tərəfindənirəli sürülübmüş. O, məni qəbul edəndə dedi ki, səni Füzuliyə başçı göndərirəm!Mən cavabında bircə kəlmə dedim: Cənab Əliyev, sizin rəhbərliyiniz al­tında əsgərkimi cəbhədə döyüşməyə də hazıram. Mənim bu cavabımı o, özünəməxsus təbəssümüilə qiymətləndirdi və əlimi sıxaraq dedi: Get işlə, nə çətinliyin də olsa, çəkinmə,mənimlə əlaqə saxla.

Siz haragetdiyinizdən, hansı vəziyyətdə işləyəcəyinizdən, sizi nələrin gözləyə biləcəyindənxəbərdar idiniz.

Bəli, mən bir füzulili kimi rayonumda baş verən bütünhadisələrdən xəbərdar idim. Mənim doğmalarım, qohum-əqrabam da həmin hadisələriniçində idilər və Füzulidəki siyasi vəziyyəti də çox gözəl anlayırdım. Rayondagedən qütbləşmədən də, adamların bir-birinə silah çəkməsindən də xəbərdar idim.Amma yenə deyirəm, rəhbərim Heydər Əliyev olduğundan mənhər şeyi göz önünəaldım və bildim ki, meydanda tək qalmayacam. Ona görə də dərhal Füzuliyəgetdim. Ulu Öndərimiz mənim bütün fəaliyyətimi izləyirdi, rayonla bağlı bütünistək və arzularımı dərhal yerinə yetirirdilər. Məhz bu səbəbdən də qısa birvaxtda Horadiz qəsəbəsi də daxil olmaqla 22 kəndimiz işğaldan azad edildi, 60 nəfərdənartıq Füzuli sakini öz torpaqlarına qayıtdı. Qəsəbələr salındı, kəndlər bərpaolunmağa başladı, on illərlə arzuladığımız və Sovet dönəmində nail ola bilmədiyimizbir istəyimiz də gerçəkləşdi. Bu, Horadiz qəsəbəsinə şəhər statusunun verilməsiidi. Füzulidə işləyən, tapşırığı yerinə yetirən bizlər olsaq da, bütünideyaların müəllifi və həm də bu ideyaların həyata keçməsinə dəstək verən UluÖndər idi. Bu gün də faktiki olaraq 120 min nəfərdən artıq əhalisi olanrayonumuzun 60 mindən çox sakini öz torpağında, öz evində yaşayır. Hələ mən onudemirəm ki, infrastrukturun bərpası, Su Elektrik Stansiyasının istifadəyəverilməsi, Dəmiryolunun işə düşməsi, yeni məktəb, xəstəxana, uşaq bağçası,sosial obyektlərin tikintisi, qaçqın qəsəbələrinin yaxınlığında sakinlərətorpaq sahələrinin ayrılması məhz UluÖndərimizin real dəstəyinin bəhrəsi idi.Nəbi müəllim, müşahidələrim əsasındayaddaşıma yazdığım faktlar var, indiki kimi gözümün önündədir. Siz öncə İmişli,sonra Beyləqan ərazisində məskunlaşan Füzuli rayonunun icra strukturunu, idarəvə müəssisələrinin rəhbər işçilərini öncə Füzulinin azad olunmuş kəndlərinə,sonra isə Horadiz qəsəbəsinə köçürtdünüz. Yəni, füzulililər hər hansı birarayış üçün müxtəlif rayonlara deyil, birbaşa Horadizə üz tutmaq imkanıqazandılar. Digər bir məqam da o oldu ki, sizFüzulinin sərhədini müəyyənləşdirdiniz. Yəni, digər rayonlarda olduğukimi, Füzulinin də giriş qapısı tikildi. Mən özüm üçün bunun nə demək olduğunuaz-çox bilirəm, ancaq çox istərdim ki, siz Füzulinin qapısı nəyi özündə ifadəedir, sualına cavab verəsiniz.

Bu, bir həqiqətdirki, Füzulinin dağlıq hissəsini, eləcə də bu gün işğal altında olan ərazisinidüşmən zəbt eləmişdi. Bu həqiqətlə yanaşı, bir təəssüf doğuran fakt da vardı –Füzulinin işğal olunmasından istifadə edən qonşu rayonların bəzi işbazlarırayonumuzun torpaqlarının müəyyən hissəsini zəbt etmişdilər. Bir növü, bizimözümüzə son dərəcə gərəkli olan və ehtiyacını yaşadığımız torpaq qıtlığıproblemə çevrilmişdi. Mən də əlaqədar təşkilatların rəhbərləri ilə danışıb,Füzuli rayonunun qonşu rayonlarla sərhədini müəyyən etdirdim. Bu yolla biz 24min hektar torpağımızı geri qaytardıq və həmin ərazilər də rayonumuzun sakinlərininistifadəsinə verildi. Qapını tikib, onunüzərinə "Füzuli” sözünü həkk etdirməklə demək istədim ki, buyurun, baxın,eşidin, Füzuli var, olub, olacaq və Füzuli buradan başlayır. Və həmin qapıdankeçəndən beş-on dəqiqəlik yol məsafəsində qəsəbələr salındı və orada məskunlaşaninsanlarımızın hər birinə on iki sot həyətyanı, həmçinin iki hektar əkin sahəsiayrıldı. Sakinlərimiz burada daha çox dənli bitkilərin, bostan məhsullarının əkiniilə məşğul oldular. Bu da adamların geriyə dönüşünə bir stimul oldu. Qəsəbəninbütün sosial problemləri də öz həllini tapmışdı.

Nəbi müəllim,söhbətimizin əvvəlində də xatırlatdıq. Siz Füzuliyə gələndə rayonda artıq çoxsular axıb bulanmışdı. Yəni, Sovet dönəminin Füzulisindən heç nə qalmamışdı. Təkcəquruluşun yox, həm də Füzulinin özündə bir neçə dəfə baş verən hakimiyyət dəyişikliyi,icra başçılarının bir-birini əvəz etməsi, silahlı dəstələr, hətta köhnədostların, silahdaşların bir-birinə düşmən kəsilməsi faktları da göz önündəydi.Bax, belə bir vaxtda siz Füzuliyə başçılıq etməyə başlamışdınız.

Əslində, Füzulicamaatı çox rahat, səmimi, çörəkverən, bir-birini anlayan camaatdı. Faktikiolaraq bunlar hakimiyyət məsələsində parçalandılar, bölündülər. Ön­cəpartokratlar, sonra cəbhəçilər, sonra sürətçilər, bax beləcə, parçalanma başverdi. Qarşıdurmalar böyüyüb, çox kritik bir məqama gəlib yetişmişdi. Kimsəonları bir araya gətirməli, vəziyyəti ələ alıb, hər kəsə öz yerini döstərməliydi.Çox şükür ki, mən buna nail ola bildim. Kim ümumi işin ziddinə addım atırdısa,ona qəti mövqe göstərirdim, amma kim ki, təsadüfdən, yaxud bilməyərək yanlışyolda idisə, mən ona əl uzatdım və beləcə, qarşıdurmanı aradan qaldırdım, əvvəlkimünasibətləri bərpa edə bildim.

Nəbi müəllim,siz tək-tək rəhbər işçilərdənsiniz ki, sizin üçün vəzifə dəyişmək, istefa vermək,təqaüdə göndərilmək kimi anlayışlar heç bir əhəmiyyət kəsb etmir. Yəni, siznazir müavini olanda da, İcra Hakimiyyəti başçısı olanda da, hətta indi təqaüddəolduğunuz vaxtda da Füzuli həmin Füzulidi, füzulililər həmin doğmalarınızdı.Siz onlardan nə qaçmırsınız, gizlənmirsiniz, nə də onların xeyir-şərindən kənardaqalmırsınız. Bir az da sadə şəkildə söyləsəm, siz həmişə, hər yerdə el-obanın,camaatın yanında, arasında, məclisindəsiniz.

Bilirsən, Əbülfət,sənə bir şey deyim, camaatdan qaçmaq olmaz, heç qaçmaq mümkün də deyil. Əgərgünahkarsansa, camaatın gözündən qaçsan da, dilindən qaça bilməyəcəksən. MənFüzulidə doğulmuşam. Orda işləmişəm, camaatın gözü önündə komsomolun şöbəmüdiri, ikinci, sonra birinci katibi olmuşam, raykomda təlimatçı, şöbə müdiri,rayon sovetinin sədr müavini, Aqrokombinatın direktoru... Nazir müavini olana qədərmənim bütün fəaliyyətim Füzuli ilə bağlı olub. Füzulidə bütün kəndləri vəhamını tanımışam, bütün kəndlər və hamı da məni tanıyıb. Hətta burda bir haşiyəçıxıb, yadıma düşmüş bir faktı demək istəyirəm. Mənim təbiətimdə belə birxüsusiyyət var - boş danışmağı, nəyinsə xatirinə vəd verməyi xoşlamıram, ənvacibi isə Füzulidən olan qızların, qadınların hərəkətləri mənim üçün həmişəxüsusi bir anlam daşıyıb. Özümü qeyri-ixtiyari onların qoruyucusu hesab etmişəm.Deməli, Aqrokombinatın direktoru idim. Səhər-səhər getdim Qərvənd kəndinə. Köhnəbir idarə binası var idi, oraya daxil olanda gördüm ki, bir qarayanız qızüç-dörd kişinin arasında hamıyla dilləşir. Kişilər bunu hansısa bir fikirdəndaşındırmaq istəyirlər, bu da hamının cavabını verir. Salam verəndən sonrasoruşdum ki, nə olub, nə baş verib? Məlum oldu ki, təsərrüfatda bir sahəaqronomu ştatı var və həmin xanım da ixtisasca aqronomdu, indi də həmin vəzifənindavasını edir. Onun ətrafına toplaşanlar da bunun qadın işi olmadığını əsas gətiribonu çəkindirməyə çalışırlar. Mən üzümü xanıma tutub dedim:

Gəl belədanışaq. Sən xanımsan, bir az səsinə, danışığına nəzarət elə. Bəlkə kənardanhansısa bir cavan oğlan səni müşahidə edir, səninlə ailə qurmaq istəyir. Sənbirinci, xanımlığını düşün. O ki qaldı vəzifəyə Aqrokombinatın baş direktoru mənəm,təsərrüfatlara ştatları da mən verirəm. Sənə də günü sabah ştat göndərəcəm,başla işlə, amma xanımlığını yaddan çıxartma. Sonralar həqiqətən o xanımın gözəlbir ailəsi oldu. Qaçqınlıq zamanı qarşılaşanda nəvələriylə çıxmışdı qarşıma.

Yəni, bu faktıona görə xatırladıram ki, Füzuli mənim evimdi, ailəmdi, doğmalarımdı, bütövlükdəmənim özümdü, mən onun bir hissəsiyəm. Heç bir vəzifə əbədi deyil. Əbədi olaninsanlıqdı, vətəndaşlıqdı. Doğulduğun yeri təmsil eləmək haqqıdır, bunuqazanmaq lazımdı. Mənim yaxşı, pis nəyim varsa, Füzulimlə, camaatımla bağlıdı.Doğrudur, bəzən zaman, mühit kimlərəsə təsir edir, onları korlayır, yaxudkorlamağa çalışır. Amma dürüst dostluq, yoldaşlıq, ağıllı məsləhətlərə qulaqasmaq adamı yad təsirlərdən qoruyur. Mən Füzuliyə başçı gedəndə burada əvvəlkizamanlarda birgə işlədiyim, yaxından tanıdığım adamlarla əlaqə yaratdım, ammabir şey var ki, həmin münasibətlər vaxtı onların da müəyyən qisminin dəyişdiyini,zamanının adamı olduğunu anladım. Gördüm ki, xarakterləri zamana görə dəyişib.Amma mən onlardan ayrılmadım, yavaş-yavaş onları öz ilkin variantlarına qaytarabildim, biz bir ansamblda təmsil olunmağı bacardıq.

Nəbi müəllim,etiraf edək ki, bəzən rəhbər işçilərin özlərindən daha çox ailələri - xanımı,övladları rəhbər kimi davranır, ətrafa meydan oxuyurlar. Belə faktlar kifayət qədərdir.Sevindirici haldır ki, sizin həyatınızda mən və bütün füzulililər bunu müşahidəetməmişik.

Əvvəla, vəzifəailə üçün deyil və burada ümumiyyətlə ailəlik bir iş yoxdur. Mən Füzuliyə gedəndəorada yaşayan əhalinin hardasa 30 faizi əlisilahlı idi. Bu, həm düşmənlə üz-üzədayanmağın, həm də ailəsini, təsərrüfatını qorumağın tələbi idi. Eyni zamandaadamların bir-biriylə münaqişəsinin göstəricisi idi. Mən qısa zamanda bunuaradan qaldırdım. Ümumiyyətlə, mənimlə işləyənlərin də verdikləriinformasiyaları araşdırmadan reaksiya verməmişəm. Doğru olduğuna əmin olduqdansonra qərar vermişəm. Bilirsiniz, dərk etmə nisbidir. Hər kəs öz qavradığı, dərketdiyi səviyyədə hərəkət edir və elə bilir ki, həqiqət onun anladığı qədərdir.Hər kəsin həqiqəti ola bilər, amma ümumun həqiqəti hər kəsin həqiqətindənüstündür. O ki qaldı ailəmin mənim işlərimə müdaxiləsinə, birinci, mən Sovetdövrünün partiya tərbiyəsini almışam, vəzifənin kimə verildiyini bilirəm.İkinci də mənim xarakterim bütövdür. Mən öz hərəkətlərimi izləyə, nəzarətdəsaxlaya bilirəm. Və mən birmənalı şəkildə rayonda işləməyə getmişəm, hətta ənkiçik məsələləri belə, öz ailəmin, evimin məsələsi kimi dəyərləndirib, onöqsanı aradan qaldırmağa çalışmışam. Sizə bir fakt deyim, onu yəqin ki, sizbilirsiniz. Rayonda bir iaşə obyekti var idi. Müştəriləri bol olan bir yerdi.Bir gün öyrəndim ki, bu müştəri "axını”nın səbəbi obyekt sahibinin oraya kənardancəlb etdiyi qadınlardı. Bir gün mən yolu keçəndə çay içmək bəhanəsiylə döndümora, obyekt sahibini çağırdım və soruşdum:

Sənin işəehtiyacı olan xalan, bibin, dayın, yaxud onların evində qızları, gəlinləriyoxdur, niyə onları gətirib, normal əmək haqqı verib burda işlətmirsən? Həmevinə halal pul apararsan, həm adın sürtüklərlə birlikdə çəkilməz, həm dəFüzulinin adı başqa yerdə hallanmaz.

Ertəsi güneşitdim ki, obyektdə "təmizlik” işləri aparılıb. Bunu mən Füzuli üçün,namusumuz üçün etdim.

Bəli, mən daxilənrahatam, bilirəm ki, gücüm çatanı, bacardığımı, təbii ki, öncə Ulu Öndərimizin,sonra onun varisi cənab İlham Əliyevin köməkliyi ilə Füzuli üçün etmişəm. Onagörə də öz el-obamdan heç bir giley-güzarım da yoxdur və onların heç bir tədbirindən,dəvətindən yayınmamışam. Ümumiyyətlə, başçı işlədiyim illər ərzində mən mərhumHeydər Əliyevin və cənab İlham Əliyevin Füzuliyə diqqətinin, qayğısının həmcanlı şahidi, həm də onların göstərişlərini Füzulidə reallaşdıran nümayəndəolmuşam və bununla da qürur duyuram. Və təsəvvür edin ki, işdən təqaüdə göndəriləndədə, elə indi də heç nə üçün təəssüflənmirəm.

Nəbi müəllim, hərbir insanın yaşının müxtəlif dövrünün nişanəsi olan dostları var. Sizin orta məktəb,komsomol, partiya və digər illərinizin dostları necə, varmı, kimlərləgörüşürsünüz?

Özün də bilirsənki, mən səkkizinci sinfə qədər kəndimizdə, doqquz-onuncu sinifləri isə keçmişMartuni, indiki Xocavənd qəsəbəsindəki internat məktəbdə oxumuşam. Maraqlıdırki, icra başçısı olanda orta məktəb yoldaşlarımı dəvət etdim, görüşüb 44illiyimizi qeyd etdik. Qızlar nənə olmuşdular, oğlanlar baba. Az qala bütüngünü danışdıq, söhbət etdik, xatirələri çözdük, şəkillər çəkdirdik. Sinifyoldaşlarımdan ərləri Qaradağlı kəndində şəhid olanlar vardı...

Dünyada bir həqiqətvar: Sən düz ol! Yoldaşlıqda da, adamlıqda da bir sifətin olsun, arxada başqaoyunlar oynama. Onda hər bir çətinliyi keçəcəksən, onda kimliyin göz qabağındaolacaq. Bu mənada mən Füzulidə hamıya əmioğlu, dayıoğlu, bibioğlu, bacı, xala,mama, yəni qohum kimi baxmışam yəni füzulililər hamısı mənim doğmam olub. Bəzənrespublikanın müxtəlif rayonlarına səpələnmiş füzulililərlə görüşəndə kimsə biraz uca səslə və yaxud çox danışanda demişəm ki, özünə hörmət elə, mövzunuuzatma, burda dediyini başqa yerdə təkrar eləmə, bir-birimizi dinləyək, başadüşək, öz problemimizi də özümüz həll edək. Bilmək lazımdır ki, həyat diktəedir. O diktənin içində yaxşısı da var, pisi də. Onu seçməyi bacarmaq lazımdı.Mən Füzulidə bu cür işlədiyimdən adamların mənə münasibəti ilk gündənmehribançılığa doğru dəyişməyə başladı. Mən camaatımdan da, dostlarımdan dagileyli deyiləm. O ki qaldı dostlara, yəqin siz də bilirsiniz. Onların içərisindəməktəb illərinin dostları xüsusi yer tutur. Sonra mənim komsomolda işlədiyimillərin dostları var. Amma onu da deyim ki, icra başçısı işlədiyim dövrün başçıdostları o birilərinin kölgəsində qalır, çünki onlar siyasiləşmiş dostlardır.Tutaq ki, mənim "komsomol” illərimin dostu Çingiz Fərəcovun xətrini çox istəyirdim,onun iş görmə bacarığı, icraçılıq məharəti, mütaliəsi, savadı çox yüksək idi.Allah rəhmət eləsin! Yadımdadı, o, bir dəfə Komsomolun Mərkəzi Komitəsininnümayəndəsi kimi rayonumuza da gəlmişdi. Aramızda kiçik bir anlaşılmazlıq üzündəninciklik də olmuşdu. Mən Füzuli Rayon Komsomol Komitəsində şöbə müdiri vəzifəsindəişləyəndə mədəmdə problem yaranmışdı. Müalicə olunmaq üçün sanatoriyaya getməktövsiyə olunurdu. Gəldim Komsomolun Mərkəzi Komitəsinə, burada Lavrenov deyilən bir nəfər həmin işlərəbaxırdı. Ona müraciət etdim "yox” deyib, məni əliboş yola saldı. DəhlizdəÇingizlə qarşılaşdım, məsələni ona dedim. O da mənə bildirdi ki, Lavrenovqorxaq adamdı, qayıt bir də get onun yanına, əsəbi şəkildə haqqını tələb et, deki, etməsən, yuxarı şikayət edəcəm. Çingizin dediyi kimi etdim. Lavrenov mənəputyovka da verdi, mükafat da ödədi, hətta putyovkanın pulunu da komsomolunhesabına ödədi və dedi ki, səs-küy salma, çıx get dincəl. Sözüm odur ki, Çingizkinli adam deyildi, rayonda olan gileyimizi Bakıya qayıdanda unutmuşdu. O, çoxqəribə bir xarakter sahibi idi.

Nəbi müəllim,Füzulidə bacarıqlı kadrlar çox olub. Onlardan biri də rəhmətlik Cavanşir Məmmədovidi. Onu necə xatırlayırsınız?

Mən rəhmətlikCavanşir müəllimlə bir­likdə işləməmişəm, amma onun xətrini çox istəmişəm. Onunbir şəxsiyyət kimi, raykomun birinci katibi kimi fəaliyyətini, hərəkətləriniçox yüksək qiymətləndirmişəm. O, prinsipial və təmiz adam idi. Onun birxüsusiyyəti də var idi ki, əhatəsində işləyənləri iki-üç ildən bir dəyişirdi. Yəni,yaxşıları yönəldirdi, qabağa çəkirdi. Ona görə də onun ətrafında kadrlarinkişaf edirdi. Füzuli rayonunda uzun müddət ətalət hökm sürürdü - heç bir kadrdəyişilib, irəli çəkilmir, inkişaf etdirilmirdi. Amma rəhmətlik Qədim ƏhmədovFüzulidə rəhbər olanda Füzulidə xeyli işlər gördü. Üzüm bağlarının salınması,emal müəssisələrinin tikilməsi onun adıyla bağlı idi. Əhməd Əhmədzadə rəhbərseçiləndə isə kadr məsələsində daha fəal oldu. Onun dövründə mən nazir müavini,Aslan Mehdiyev Mərkəzi Komitədə və başqaları müxtəlif yüksək vəzifələrdə yertuta bildilər. Yəni, o, bacarıqlıları, savadlıları irəli çəkməklə onların yerinəyenilərinin gəlməsinə maraq göstərirdi ki, bu da kadr hazırlığını inkişafetdirirdi.

Sovet dönəmindəbir partiya yolu vardı. Onun içərisində də Cavanşir Məmmədovun öz yolu, NəbiMuxtarovun öz yolu, Aslan Mehdiyevin öz yolu vardı və bu yolların hamısı sondagəlib Heydər Əliyev yolu ilə qovuşurdu. Bəs bu gün necə?

Sosializm sözünüdə dilə çox almırlar, partokratları da sevmirlər, amma bir həqiqəti qəbul etməklazımdır, sosializm deyilən anlayış bütövlükdə bəşəriyyətin arzusu olub...

Yəni, ideal cəmiyyət...Nizaminin əsərlərində də var.

Lenini olabilsin ki, kimlərsə sevməsin. Amma Lenin böyük filosof olub. Bir dövlətdəsosializm qurmağa nail olub. Leninin dəfnində çıxış edən bir ingilis alimivurğulayıb ki, ən böyük düha səbirli olmaq istedadından ibarətdir, lakin mən bugün etiraf edirəm ki, ən böyüklük bəşəriyyətə məxsus olan bir fikri bir insanbeynində təcəssüm olunmasıdır. Yəni, milyonların fikri bir insanın beynində təcəssümedir. Cəmiyyətdə müxalif, iqtidar qarşıdurmaları həmişə olub, amma bir məsələnibilmək lazımdır ki, kimsə özü başa düşdüyü kimi duyur və qəbul edirsə, bu doğrudeyil, cəmiyyətin başa düşüb qəbul etdiyi doğrudur. Alman yazıçısı HenriKnoblox yazır ki, birinci adam olmaq çətindi. Yəni, səni bir müəssisəyədirektor seçiblər, işə tez gəlirsən deyirlər ki, direktor olandan hamıdan tez gəliboturur burda, heç bir iş də görmür, gec gəlirsən deyirlər direktor olandan işəgəlmir. Danışırsan, deyirlər direktor olandan imkan vermir biz də danışaq,danışmırsan deyirlər heç nə bilmir. Bəs onda neyləyəsən? Bax, bu mənada hamıdanışır, etiraz edir, amma heç kim tikilən evə gözəllik verəcək, onu dayanaqlıedəcək ortaq məxrəc göstərmir, razılığa gəlmək istəmir. Məncə, qarşılıqlıanlaşma cəmiyyəti inkişaf etdirər.

Sizi bir xatirəanına da çəkmək istəyirəm. Rəhmətlik Şamama Həsənova, eləcə də digər qəhrəmanlaryəqin ki, yadınızdadır? Ümumiyyətlə, bu qəhrəmanlıqlar sizin üçün nə demək idi?

Bəli, bu birtarixdi. Onlar əmək qəhrəmanları idilər. Onlar zəhmətləriylə seçilmişdilər. Bugün onların işinə kölgə salmaq günahdı. Şamama xanım iki dəfə Sosialist Əməyi Qəhrəmanıadını almışdı. Həmin illərdə Füzulidə 34 nəfər Sosialist Əməyi Qəhrəmanı vardı.Onlar taxılçılıq, pambıqçılıq və müəyyən hissəsi də heyvandarlıq sahəsindəçalışan adamlar idilər. Bu da bütövlükdə dövlətin, o cümlədən də Azərbaycanın1941-45-ci illərdən sonra stimullaşmaya, inkişafa gedən yolunun göstəricisiidi, inkişafı həvəsləndirən sürətləndirən metod idi. Təbii ki, bunun içərisində bir ideoloji mexanizm də varidi, təbliğat, təşviqat yolu ilə adamları zəhmətə, əməyə bağlamağın bir yoluidi.

Nəbi müəllim,Füzuli həm də çörək istehsal edən, çörəkli bir rayon kimi tanınıb.

Bəli, Sovet dönəmindədə, ondan əvvəl də Füzulidə taxılçılıq əsas sahələrdən biri olub.Respublikamızda Füzuli və Cəlilabad rayonları taxılçılıq üzrə böyük təcrübəyəmalikdirlər. Füzulidə adamların təknəsi heç vaxt çörəksiz olmayıb.

Mən bu məqamaona görə toxundum ki, siz rayona gələn kimi öncə taxıl əkininə üstünlükverdiniz.

Bəli, vəziyyətçox kritik idi. Adamlar çörək istəyirdilər. Mən hamını topladım, yəni rayon fəallarınıyığdım bir yerə və hamının qarşısında dedim ki, kim nə qədər bacarır, hətta özvəsaiti hesabına belə, şum etsin. Əkin hazır olana qədər mən toxumluq buğdanıtapıb gətirəcəm. Əgər gətirə bilməsəm, rayonu tərk edib gedəcəm. Söz verdim vəBakıya gəldim. Aidiyyatı nazirliklərə getdim. Hamı yaxasını çəkdi kənara. Məcburolub, Ulu Öndərin qəbuluna gəldim, vəziyyəti ona danışdım. Soruşdu nə lazımdı,məndən asılı nə var? Dedim ki, cənab prezident, toxum almaq üçün pul lazımdı. Dərhal,o zaman maliyyə naziri işləyən Fikrət Yusifovu çağırdı, elə mənim yanımdasoruşdu, nə qədər pulumuz var? Fikrət müəllim dedi ki, bir milyon pulumuz var,onu da sizin xarici səfəriniz üçün saxlamışıq. Ulu Öndər üzünü mənə tutub,dedi, eşidirsən də, vəziyyət necə çətindir. Bax bu cür çətinliklərin içindədövlət qururuq. Mən üzr istəyib, qapıya yaxınlaşanda arxadan prezidentin"dayan” səsini eşitdim. Gördüm ki, dəstəyi qaldırdı, öncə Taxıl Tədarükünazirinə, sonra Kənd Təsərrüfatı nazirinə və daha bir neçə ünvana qəti tapşırıqverdi: Füzulinin başçısı gəlir, bu cavan oğlana kömək edin!

Elə həmin güntoxum məsələsi həll olundu. Qaldı bunu Füzuliyə aparmaq. Pul yox, texnika yox.Sənəddə də buğdanı ərzaq kimi qeyd ediblər, yəni mən bunu əhaliyə ərzaq kimiaparıram. Təsəvvür edin ki, şəhərin ortasıyla üst-başı tozlu, üzü tüklü, əsəbibir vəziyyətdə gedirəm. Birdən Dövlət Üzümçülük və Şərabçılıq Komitəsindəmüavin işlədiyim zaman komitənin texniki təchizat şöbəsində çalışan bir oğlançıxdı qarşıma. Görüşdük və bir az ərkyana şəkildə soruşdu ki, niyə bu vəziyyətdəsən?Dedim ki, sən canın mənimlə işin olmasın, mənim əhvalımla səninki tutan deyil.Əl çəkmədi ki, de görüm nolub? Dedim, əşi mənə pul lazımdı ki, vaqona verim,aldığım taxılı daşıyıb aparım Füzuliyə. Oğlan güldü: Vaqon lələşində, neçəsilazımdı, sayını de! Elə bildim ki, zarafat edir, özümü aldadılmış bildim. Dedimki, zarafatlıq halım yoxdu. O da cavabında bir az da zarafatla əminliklə dediki, mən vaqonları sənə versəm, sən əvəzində nə edəcəksən? Dedim, nə desən! Dedigəl gedək, bir tikə çörək yeyək, sonra səni yola salım rayona. Üç gündən sonragəlib Ucar dəmiryolu stansiyasından gəlib yükünü daşıtdırarsan. Rayona zəngvurdum. Güvənlik üçün polis ayrıldı. Rayonun baş aqronomu rəhmətlik BuludNağıyev onda sağ idi. Çağırtdırdım, səkkiz vaqon taxılı dərmanlatdım və UcardanHoradizə yola saldıq. Taxıl rayona daşınanda elan etdim ki, buğda dərmanlıdır.Toyuq-cücəyə versəniz qırılacaq, heyvana versəniz tələf olacaq, özünüz yesənizöləcəksiniz. Birbaşa aparın sahəyə əkin.

Həmin cavanoğlan heç kimin görə bilməyəcəyi işi bizim üçün gördü və biz də həmin il sahələrdənon iki min taxıl götürdük. Artıq hər evdə çörək var idi. Növbəti illər bu rəqəm20 min tona çatdı. Beləliklə, Füzuli camaatı o illərin çörək sıxıntısındantamamilə qurtuldu.

Sizinlə işləyənkadrlardan kimlər yadınızda qalıb?

Açığını deyimki, kadr əslində adamlardır. Adam var ki, işgüzardı, içi xarabdı, xıltla, məkrlədoludur, adam var ki, içdən tər-təmizdi, iş bacarmır. Bax o, içi xarab olanadamlar əlinə fürsət düşən kimi pisliklər edir. Adam da var ki, kreslo xəstəsidir,oturub dedi-qoduyla ara vurub, özünün varlığını gözə soxmağa çalışır.Komsomolda işləyən vaxtlarımda "Kommunist” qəzetinə bir hekayə yazıb çapetdirmişdim. Yazının qəhrəmanı Fərəməz kişi əslində real adam idi, yəni olmuşhadisəni yazmışdım. Onun işi demoqoqluq idi, adına Demoqoq Fərəməz deyirdilər.Rəsul Rzanın şeirindən demoqoq Fərəməzə bir sitat gətirmişdim. R.Rza yazır ki:

Binlar nəaslandı, nə dovşan,

Bunlar payız günü

Şalvarınınbalağına yapışan,

Pişpişidir.

Bunlar nə arvadkimi arvad,

Nə kişi kimikişidir.

Nəbi müəllim,siz Füzuliyə başçı təyin olunduğunuz gün də, zaman da bir tarixdir. O tarixinrisqlərdən ibarət olduğunu, ölüm təhlükəsinin hər an başınızın üzərindədayandığını təbii ki, bilirdiniz. Amma getdiniz və...

Əbülfət, butarixə bir də qayıtmayaq. Sənə bir fikir söyləyim, özün nəticə çıxar. Bir gözəlat gətir gözünün önünə. Bu at hələ yəhər, cilov tanımır, əhliləşdirilməyib. Kimüstünə qalxsa yerə çırpıb öldürəcək. Bunu bilən heç vaxt ona yaxın getməz. Məndə bunu bilirdim, sadəcə Ulu Öndərin kadrı olduğumdan, ona inandığımdantapşırığı mənim üçün qanun idi. İkincisi, mən öz camaatımın yanına, onlarınsırasına qoşulmağa gedirdim ki, onları düşdükləri çətinliklərdən çıxarmaq üçün əlimdəngələni edim. İnanın ki, mən Füzuli şəhərində Rayon İcra Hakimiyyəti binasınadaxil olub geri qayıdandan sonra hərbçilər mənə dedi ki, beşcə dəqiqə də ləngisəydiniz,artıq ermənilər sizi girov götürəcəkdi. Yəni, hər şeyi gözümün önünə almışdım.Biz Arazı keçəndə bir qadının oğlu şəhid oldu. Onu götürə bilmədik. Anası mənənələr dedi, nə qarğışlar elədi, mən dinmədim. Horadizə qayıdandan sonra həminxanım gəldi mənim qəbuluma. Dedi məni tanıyırsan? Dedim, hə. Dedi gəlmişəm səndənüzr istəməyə. Durdum ayağa və dedim ki, bacı sən oğul itirmisən. Sən üzr istəməlideyilsən, nə kömək lazımdı, sən onu de, mən gücüm çatanı edim. Bütün bunlarıona görə xatırladıram ki, Füzulinin ziyalısı da, kəndlisi də, ağıllısı da, dəlisidə mənim üçün əzizdi. Hamısı mənim özümünkülərdi.

Nəbi müəllim,siz rayon rəhbəri olanda Füzuli ziyalılarıyla, Füzulinin tanınmış elm, sənətadamlarıyla münasibət qura bilirdinizmi? Onların rayona hər hansı dəstəyiolurdumu?

Həmişə və həryerdə olduğu kimi, kömək etmək istəyən özü bu işi könüllü görür, amma dil pəhləvanıiş görməkdənsə, bəzən işə mane olur. Yəni, mən konkret ad çəkmək istəmirəm. İşgörən də, görməyən də məlumdur və hər kəs bir füzulili kimi öz məsuliyyətiniözü daşıyır.

Nəbi müəllim,söhbətimizin sonunda ailənizdən, övladlardan, nəvələrdən danışmanızı istərdim.

Üç qız, bir oğulatasıyam. Ali təhsil alıblar, qızlarımın üçü həkimdir və ikisi Tibb Elmlərinamizədidir. Oğlum hüquq-mühafizə oqanlarında çalışır. Mən onlar üçünbaşqalarından fərqli nə isə düşünüb qurmamışam. Onlar öz həyatlarını özləri müəyyənləşdiriblər. Mənim böyük kitabxanam var, amma görürəm ki,nəvələrim elektron vasitələrlə, sosial şəbəkələrlə maraqlanırlar. Kitaba əluzadan demək olar ki, yoxdur. Bu, məni bir az narahat edir, amma bilirəm ki,gec-tez hamı kitaba qayıdacaq. Nəvələr zamanla yaşayır.

Və nəhayət,özünüzdə olan nəyin nəvələrinizdə, nəticələrinizdə davam etməsini, yaşamasınıistərdiniz?

Öncə mən onlarınyaxşı vətəndaş, yaxşı insan olmalarını istərdim. Arzu edirəm ki, elə peşəsahibləri olsunlar ki, mükəmməl bildikləri həmin peşə də dünyanın hər yerindəonların ehtiyacını ödəsin, həyatlarını təmin etsin. Savadlı, mehriban olsunlar.Kimliklərini unutmasınlar.

Lap sonda Nəbimüəllim mənə səmimi cavab versin, o, evdə, ailədə demokratdı, yoxsa...

Mən də səmimicavab verəcəm yüz faiz demokrat deyiləm. Hər kəsin öz sərhədində dayanmasını,öz yerini bilməsini tələb etmişəm, gözləmişəm.Onlar da buna əməl ediblər.

- Və nəhayət, Nəbimüəllim oxculara daha nələri demək istərdi...

- Bütün xalqımızUlu Öndərə və prezidentimiz cənab İlham Əliyevə minnətdardır. Bu şəxslər həyatımızıyönəltmiş, bizləri öyrətməklə bugünkü uğurlara çatdırmışdır. Mən onları ömrümboyu unuda bilmərəm. Bundan əlavə şəxsi həyatımın səhifələrində Füzuli RayonPartiya Komitəsinin I katibi işləmiş Qədim Əhmədov və Əhməd Əhmədzadəyə, Şərabçılıqvə Üzümçülük komitəsinin sədriYunis Rzayavə həmçinin İrşad Əliyev və Firuz Mustafayevə həmişə minnətdaram!Dünyasını dəyişənlərə Allah rəhmət etsin! Yaşayanlara isə can sağlığı arzu edirəm.

... Biz Nəbi müəlliminiş otağında kitabların, albomların, şəkillərin əhatəsində etdik bu söhbəti.Tez-tez şəkillərə baxdıq, nələri, kimlərisə xatırladıq. Düşünürəm ki, bu kitabıda vərəqləyənlər Nəbi müəllimin xatirələrinin şahidləri, iştirakçıları və bir dəonları yaşadacaq gələcək nəsillər Qarabağ torpağının bu müdrik və zamana çiyinverən, zamanında yerində ola bilən köhnə kişisini heç vaxt unutmayacaqlar.Çünki Füzulidə yeni açılmış bir yol var -Nəbi Muxtarov yolu. O yolun müəllifi də, memarı da, inşaatçısı da Nəbimüəllim özüdür.


Əbülfət MƏDƏTOĞLU