Klassiklərin gülünc “bazlıq”ları

Böyük qələmustadlarının yaradıcılığını oxuyanda adama elə gəlir ki, bu dahilər sevginindüsturunu tapıb, tərifini də öz həyatlarına istinadən veriblər. İnsafən qələmdəustad olduqları qədər sevgi məsələlərində də pərgar olublar. Amma onların daçox gülünc vəziyyətə düşdükləri sevgi hekayətləri olub. Daha doğrusu, sevgininözünə çatmamış ona gedən yolda ayaqları büdrəyib. Bəziləri sadəcə "bazlıq” etməkistəyiblər, ancaq üz-gözlərinə bulaşdırıblar. Zalım müasirləri isə "olan şeydi”deyib üstünü vurmamaqdansa, öz xatirələrində bunu əldə bayraq edib, şəbədəqoşublar. Bəzən özləri də etiraf etmək məcburiyyətində qalıblar. Görək, kimdiro qarşı cinsə özünü rüsvay edənlər?
Poeziyanıngünəşi Aleksandr Puşkin – hələyeniyetmə vaxtı uzun zaman dillərdə dolaşan bir vəziyyətə düşüb. İmperatorsarayında freylina xidmətçisi işləyən gənc qıza vurulubmuş. Bu vurğunluq gələcəknəsli az qala böyük şairsiz qoyacaqmış. Yəni bu sevgi Puşkini edama apara bilərmiş.Hadisənin necə olduğunu Puşkinin dostu və litsey yoldaşı İvan Puşin xatirələrindəbölüşüb: "Bizim litsey saraya yaxın idi. Axşamlar orda ziyafət olanda biz səsinəyığışardıq, xəyallar qurardıq. Saray həyətində imperatriçanın qulluqçularını,freylinaları görərdik. İmperatriçanın 3 freylinası vardı. Onlardan biri knyajnaVolkonskaya idi, onun qulluqçusu isə çox gənc, gözəl qız idi. Aleksandr o qızavurulmuşdu. Bir dəfə gecə vaxtı saray dəhlizinə girmişdik. Aleksandr bizdənaralanıb qaranlıq dəhlizdə qulluqçu qızın gəlib keçməsini gözləyir. Nəhayətpaltar xışıltısı eşidib özünü qızın üstünə ataraq onu öpür. Bu vaxt otaqlardanbirinin qapısı açılır və dəhlizə işıq düşür. Aleksandr bir də baxıb görür ki,öpdüyü gənc qulluqçu qız deyil, ortayaşlı xanım knyajna Volkonskayadır. Yazıqoğlan qorxusundan qaçmışdı. Pörtmüş halda bunu mənə deyəndə, məsləhət gördümki, litseyin direktoruna vəziyyəti izah etsin, o da knyaza hadisəni uyğun dilləbaşa salar. Amma o mənim sözümü dinləmədi və knyajnaya özü üzrxahlıq məktubuyazdı. Məktub yetişənə qədər knyajna hadisəni qardaşına, o isə imperatoraçatdırıbmış. Dərhal litseyin direktoru saraya çağırılır. İmperator direktorEngelqardta iradla bildirir ki, "Sənin tərbiyə etdiyin gənclər nəinki mənimsarayıma gizlin giriblər, hətta qadınların güşəsinə soxularaq yüksək rütbəlixanıma sataşıblar. Dərhal izahat ver!” Direktor Puşkinin istedadından, onun necətərbiyəli oğlan olduğundan, hətta babasının sarayda qulluq etdiyindən danışıb,oğlanın üzrxahlıq məktubu yazdığını da diqqətə çatdırıb. İmperator bunlarıeşidib yumşalır və bağışlayaraq tapşırır ki, bir də təkrarlansa, cəzası edamolacaq”.
Yazıçı Antuan de Sent-Ekzüperi isə gələcəkarvadını az qala suda boğacaqmış. Yazıçı hündürboy, sarışın qızları bəyənirmiş.Amma qvatemalalı yazıçı Enrike Qomes Karrilyonun bəstəboy, qarabuğdayı, iriqaragözlü qızını görəndə ağlı başından gedib. Mütləq onunla görüşməyi beyninəqoyan yazıçı elə həmin gün qızın dalınca düşüb. Guya qızın qolundan tutub qalxmağakömək edərkən elə güc göstərib ki, onu yerə yıxıb. Özünü itirmədən altdan-yuxarıqəzəblə baxan gözələ "Gedək sizə ulduzları göstərim”, - deyib. Qız etiraz etsədə yazıçı bu ulduzların real, yerdəki ulduzlar olduğunu deyəndə həvəsə gəlib.Ekzüperi dövrünün ulduzları sayılan yazıçı Benjamen Kremye, pianoçu-vituozRikardo Vinyesin müşayiəti ilə mülayim gecədə qızla görüşə çıxıb. Konsuela adlıxanımı aerodroma gətirərək təyyarəyə mindirib. Özü pilot, qızı isə ikinci pilototuracağına əyləşdirib. Olan da elə bu vaxt olub. Bir neçə hava tryuku edərəkqızdan onu öpməsini xahiş edib. Etiraz görəndə daha cəsarətli manevrlər edib.Deyib ki, əgər öpüş gəlməsə təyyarəni dənizə çırpacaq. Psixopatla yanaşıoturduğunu zənn edən zavallı qız onun istəyini yerinə yetirib. Eniş etdikdənsonra pianoçu huşunu itirib, Konsuela isə qorxusundan ayaq üstə dura bilmirmiş.Əsas odur bu görüşün sonu yaxşı qurtarıb. İllər sonra evləniblər.
Çarlz Bukovski– sevgilisindən ayrıldıqdan sonra dərhal köhnə tanışı, junalist Liza Uilyamsınevinə gəlib. Onunla dərdləşəndən sonra qadın restorana getməyi təklif edib vəyazıçı razılaşıb. Cibində bir qəpiyi olmasa da! Zəngin süfrəli sifariş gələndən,yemək prosesi bitəndən sonra ödəməyə bir qəpiyi olmayan yazıçı bunu etirafedib. Jurnalist gülə-gülə hesabı ödəyib. Bukovski "Qadınlar” kitabında bunu beləetiraf edir: "Özümü lap əlil arabasındakı şikəst kimi hiss edirdim. Çox gülüncvəziyyət idi. Kənardan baxanlar bu qadının məni "saxladığını” zənn edərdilər.Amma neyləmək olardı. Sevgilim məni tərk etmişdi, işim yox idi, cibimdəsiçanlar oynaşırdı. Digər tərəfdən də ömrümdə bir dəfə də olsa özümü tamamənbir qadının ixtiyarına buraxmaq xoşuma gəlmişdi”.
Şəfiqə ŞƏFA
Digər Xəbərlər

Ana Dilimizə Yol Açan Tarix

“Ulduz” jurnalının iyul-avqust sayı dərc edilib

Xoşbəxtlik paylaşılınca çoxalırmış! - Aqşin Yenisey yazır

Əbülfət Mədətoğlu: Oğul xəcaləti

ŞƏHİDLƏR BOYLANIR BU KİTABDAN

Əzəli-əbədi güc - Pərvanə Bayramqızı yazır

Rəhbəri A(a)qil olan “Ə(ə)dalət”in İ(i)radəli baş redaktoru varsa, bu qəzetə zaval yoxdur - İqbal Alısoydan TƏBRİK YAZISI
