adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
25 Aprel 2019 17:30
21834
ƏDƏBİYYAT

Klassikləri bəyənməyənlər

Biz Nizami,Füzuli, Nəsimi kimi dahi şairlərimız, Mİrzə Cəlil, Yusif Vəzir Çəmənli, CəfərCabbarlı kimi böyük yazarlarımızla həmişə fəxr etmişik. Anarın, Elçinin, İsaMuğannanın, Səməd Vurğunun, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin əsərlərinioxuya-oxuya ədəbiyyatı sevmişik. Bu gün az-çox qazandığımız bilik və savadınkökündə müəllimlərimizin mühazirəsindən də çox bu yazarların payı var.

Lakin çox təəssüfki, son vaxtlar adını yazar qoyan bir neçə şəxs ağına-bozuna baxmadan klassiklərimizidaşlayır, onların əsərlərinin guya redaktəyə ehtiyacı olması ilə bağlı cəmiyyətdəcəfəng fikirlər yaymağa çalışırlar. Suaxar, çuxurunu tapar. Belələri reklam olunmaq üçün ucuz bazar kimi reytinqarxasınca qaçan televiziya kanallarından da məharətlə istifadə edirlər. Özünüzü yormayın, cənablar! Onsuz da sizinçıxışlarınız qartala daş atan qarğa misalıdır. Axı yel qayadan nə apara bilər?

Sualoluna bilər. Onda niyə narahat olursunuz? Bizii narahat edən bu zərərlitendensiyanın yeniyetmə və gənclərə mənfitəsir edəcəyi kimi bir təhlükədir. Kimdeyə bilər ki, televiziyadan Füzulini aşağılayan, onun qəhrəmanlarını "ikixəstə ərəb" adlandıran yazıçını dinləyən məktəbli bundan sonra klassiklərimizioxumağa həvəs göstərəcək. Unudulmaz şairimiz Bəxtiyar Vahabzadənin cild-cild əsərlərinioxumağı özünə izafi vaxt itkisi sayan və bunu təşəxxüslə cəmiyyətə bəyan edəncavan oğlana bu haqqı kim verib?

Yeniyetməvaxtlarımda az qala travma aldığım birhadisəni yadıma saldım. Erməni millətindən olan əmək müəllimimiz mənim dərsvaxtı (onsuz da o dərsdə demək olar ki, boşyerə otururduq) yazıçı Anarın "Macal" povestini oxuduğumugörüb kitabı parça-parça eləmiş və mən adı müəllim olan birisinin kitaba belə vəhşimünasibətini görəndə ağlaya-ağlaya sinif otağından çıxmışdım.

Ermənilərinxalqımıza qarşı düşmən münasibətini biləndə o hadisənin baş verməsinə artıq təccüblənmədim.Bakıda Anarın kitabını cıran və bu hərəkətinə görə cəzasız qalan ermənilərsonralar Qarabağda görkəmli şəxsiyyətlərimizinheykəllərinə əl uzatdılar.

Cəbişmüəllimin sözü kimi olmasın, biz gecə-gündüzçalışıb-vuruşuruq, əlimizdən gələni edirik ki, gənc nəsil ədəbiyyatısevsin, kitab oxusun.

Birkitabxana işçisi kimi klassiklərimizdən üzübəri çağdaş yazarlarımızınyaradıcılığını təbliğ edir, kitab sərgiləri, yazıçılarla görüş, təqdimetmə mərasimləri, şifahi söhbətlər, bir çox üsul və metodlarla ədəbiyyatımızı gənc nəslə tanıdırıq. Milli kitabxananın əməkdaşıBəybala Ələsgərov neçə illərdir ki, ədəbiyyatımızıntəbliği istiqamətində yorulmadan fəaliyyət göstərir. Müəllifi olduğu iyirmidən artıq kitab məhz yazarlarımızınyaradıcılığını işıqlandırmağa həsr olununb.

Nəqədər işləsək də, zəhmət çəksək də bizböyük ədiiblərin borcundan çıxa bilmərik. Çünki onların əsərləri xalqımızın milli sərvətidir.

Ammaəks qütbdə əlinə qılınc alıb köklərimizi kəsmək istəyən və bununla düşmən dəyirmanınasu tökən zərərli meylləri görürük.

Atalarməsəlidir, bir dəli bir quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi. Bunlar dadaşı atır və bu daşın bumeranq kimi özlərinə qayıdacaqlarını bilirlər. Bilməsələr,təndidlə təhqirin yerini səhv salmazlar. Xalqımızın gözəl ziyalılarının qədrinibilmək, onları sevmək bu qədərmi çətindir?Sevin ki, szi də sevsinlər. Daş atmaqladeyil ki... Sizin atdığınız daşlar Sizif əməyinə bənzəyir.

Fikriniznədir, özünüzdən qat-qat istedadlı klassikləri və çağdaş yazarlarımızı hədəfəalmaqla əlinizə nə keçəcək? Sizin"Daş yuxular"ın müəllifindən bir fərqiniz varmı? Axı inkarı inkar kim bir qanun da var. Klassikləri bəyənmirsiniz, amma gündəmə gəlməküçün onların adından istifadə edirsiniz. Klassikləri bəyənmirsiniz, amma küçədəkitabınızı satmaqla özünüzü guya Məhəmməd Hadiyə bənzədirsiniz. Klassikləribəyənmirsiniz, amma onların ibarələrini, danışıq tərzini işlədirsiniz.Ürəyinizbununla da soyumur, ağsaqqalyazarlarımızı üz-üzə qoyub qalmaqal yaratmaq istəyirsiniz.Vallah, ayıbdır. Azqalıb ədəbiyyatımızı şou-biznesə çevirəsiniz. Siz bu mövqeyi sərgiləməkləözünüzün Novruzəli simasını ortaya qoyursunuz və bu da bir daha redaktə etməkistədiyiniz Mirzə Cəlil kimi böyük ədibimizin uzaqgörənliyini, dahiliyini, əbədiyaşarlığınısübut edir.

Allahsənə rəhmət eləsin, böyük Sabir! Sənhamımızdan gözəl demisən:

Niyəbəs böylə qaraldırsan, a qare, gözünü,

Yoxsabu ayinədə əyri görürsən özünü?

Hə, siz axı daş atmaqda pərgarsınız. Acığınızıaynaya daş atmaqla çıxarmayın, özünüzü düzəldin, paxıllıqdan uzaq olun,klassiklərimiz kimi gözəl əsərlər yazın və biz də təbliğ edək. Unutmayın,klassiklər bizim keçmişimizdir, keçmişinə güllə atanı isə gələcək topa tutar.

P.S.Ən dəhşətlisi yaxından tanıdığım bir ali məktəb müəlliməsinin "Vaveyla,din əldən getdi, küfrdür" deyb, yeniyetmə oğluna Almas İldırımın "Sənsizneynim Allahı mən, dini mən" misrasını əzbərləməyə icazə verməməsi idi ki,bu da bir ayrı ağrılı probleminmövzusudur.

BəybalaƏləsgərov,

Tarixelmləri doktoru.

Tərlanə Əliyeva,

MilliKitabxananın əməkdaşı