adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
08 Iyun 2017 13:42
43623
ƏDƏBİYYAT

Kitabxanalar bağlanır - YAZARLARIMIZIN MÜNASİBƏTİ

Kitab oxumaq, mütaliəinsan zəkasının üfüqlərini genişləndirən, dünyagörüşünü artıran mənəvi xəzinədir.Hər bir ölkədəelmin, təhsilin, incəsənətin, mədəniyyətin inkişafında və təbliğində kitabınrolu əvəzsizdir. Kitab xalqın mənəvi sərvəti, onun tarixidir. Bu sərvəti gələcəknəsillər üçün qoruyub saxlayan, bəşəriyyətin sənəd yaddaşı sayılan kitabların vədigər çap əsərlərinin, məlumat daşıyıcılarının istifadəsini təşkil edən, biliklərinyayılmasını həyata keçirən kitabxanalar insanların intellektual və peşə səviyyəsininyüksəlməsində, elmin və texnikanın tərəqqisində müstəsna rol oynayır.

Dövlət StatistikaKomitəsinin məlumatına görə, ötən il 154 kütləvi kitabxana bağlanıb.

Bu barədə Adalet.az yazıçı, şairlərin münasibətiniöyrənib.


Yazıçı Səfər Alışarlı:"Buna münasibətim yaxşı olmasa da, təskinlik verən cəhətodur ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da kitabxanalar elektronlaşırvə oxucu tələbatını ödəyə biləcək yeni elektron kitabxana modelləri yaranır. Məsələn,bizim Milli Kitabxananın elektron resursları zənginləşir, amma internet vasitəsiləmövcud fonddan tam istifadə imkanları hələ bir qədər məhduddur. Fikrimcə, bunların üzərində işləmək lazımdır.


Şair Aqşin Yenisey: "Əgər 154 kitabxanabağlanıbsa və ölkədə 154 oxucunun səsi eşidilmirsə və biz bu kitabxanalarınbağlanmasını Statistika Komitəsinin şad xəbəri kimi eşidiriksə, deməli, düzgünqərardır. Dünyanın hər yerində insanlar pul qazanmaq üçün oxuyurlar, yazırlar.Kitab heç harda ictimai və intellektual xobbi deyil. Əgər bizim xalqın ən savadlıinsanları ölkənin ən kasıb zümrəsidirsə, yaxud başqa ölkələrin elmi elitasındatəmsil olunurlarsa, yaxşı edib bağlamışıq. Bu, bizim vətənə olan lirik-romantiksevgimizi zədələyəcək və biz qeyri-real vətəni real dünyaya dəyişəcəyik. Eynənhindlilər kmi. Bu gün süni beyin proqramlaşdırmasında inkişafı sürətinə görəHindistan ilk yerlərdədir və bunun səbəbi amerikalılaşan hindli mütəxəssislərdir.Onlar ABŞ universitetlərində yığıdıqları təcrübəni Hindistana ötürürlər və nəticələrABŞ-dan əvvəl Hindistanda tətbiq olunur. Əgər onlar Keralanın, yaxud Bombeyinümidinə arxayın olsaydılar, indi hərəsi boşadıqları arvadlar başqa kişilərinxoşuna gəlməsin deyə sifətlərinə sulfat turşusu atan bir hind kişisiolacaqdılar. Amma ABŞ universitetləri onları bütün dünyanın alicənab kişilərinəçevirib. Biz də övladlarımızı dünyaya təhvil verməliyik, çünki onları özümüzböyütmək iqtidarında deyilik.”


Yazıçı NərimanƏbdülrəhmanlı: "Münasibətim olduqca pisdir.Kitabxanalar milli mədəniyyətin göstəricilərindən biridir, heç bir elektroninformasıya daşıyıcısı kitabı əvəz edə bilməz. Kitabxana bağlanırsa, deməli,ona rəhbərlik edən qurumlar öz vəzifələrini düzgün yerinə yetirə bilmir, böyüməkdəolan nəslin gələcəyinə zərbə vururlar. Bu çox narahatlıq doğuran haldır, cəmiyyətindiqqətini belə hallara qarşı yönəltmək lazımdır.”


Yazıçı Varis Yolçuyev: "Əgər 154 kitabxana hansı səbəbdən olursa olsun kütləvi şəkildə bağlanırsa, əvəzində o sayda yenisi açılmırsa, buna münasibət yalnız mənfi ola bilər, təbii ki."


Şair Cəlil Cavanşir: "Kitabxanalarınbağlanmasını səmimi qəlbdən alqışlayıram. Bu qərarı verən kimdirsə xalqıntaleyini və gələcəyini düşünür. O mübarək şəxsə uzun ömür, can sağlığı, sosialrifah, iqtisadi tərəqqi, beynəlxalq inkişaf arzulayıram. Təklif edirəm bağlanankitabxanaların əvəzinə böyük kababxanalar tikilsin. Xalq yeyib-içib əylənsin.Kitabdan heç kəsə xeyir gəlməyib, gəlməz də. İnşəallah bu ramazandan istəmişəmbütün kitabxanalar bağlansın.”


Yazıçı Murad Köhnəqala: "Çox pis hadisədi.Bu, cəmiyyətimizdə alverçinin sənət adamını, tacirin ziyalını üstələməsininsimvolik göstəricisidi.”


Şairə RəbiqəNazimqızı: "Əslində, mən bir az başqa cür qoymaq istərdim məsələni- o kitabxanalar bağlananadək nə qədər adam oranı ziyarət edirdi? Demirəm,yaxşı addımdır, əlbəttə, pisdir. Amma bunu psiləməkdənsə, daha yaxşı olmazmıki, mütaliəni stimullaşdırmaq üçün addımlar atılsın? Yəni kitabxana bağlanmasabelə, problem var.”


Yazıçı Kənan Hacı: "Sözün bitdiyi məqam. Başqa nə deyəsən? Kitabxanaların bağlandığı, kababxanaların sürətlə artdığı ölkədə yaşayırıq..."


Şairə, yazar SevincElsevər: "Bu bağlanan kitabxanaların da çoxu güman edirəm əyalətlərdədi.Onsuz da yeni nəşrlərin ucqar yerlərə gedib çıxması möcüzə idi. İnsanımızınkitaba marağının az olduğu vaxtda, dövlət kitabxanaları çoxaltmalıdı. Kitabın təbliğatındamaraqlı olmalıdı. Mən uşaq olanda rayonumuzda Mərkəzi kitabxananın qarşısındabir plokat görmüşdüm. Məktəbə gedəndə də, gələndə də o plokatda yazılan cümlənioxuyurdum: "Kitabsız insan qanadsız quş kimidir!" Sovet dövründənqalmışdı o plokat. Adam o plokatdakı sözləri oxuyub kitabxanaya getməməkdənutanırdı. Həm kitabxanalar çox idi onda, həm də bu cür təbliğatı var idi. İndiAzərbaycanda harda belə plokata rast gəlmək olar? Mən 20 ildi Bakıda yaşayıram,hələ belə plokata rast gəlməmişəm. İnsanları kitab oxumağa çağırsın, kitabı təbliğeləsin.”


Yazar Günel Natiq: "Çoxacınacaqlı haldır. Kitabxanaların bağlanması mənəviyyatımıza böyük zərbədir.Kitabxanalar bizim keçmişimiz və gələcəyimizin aynasıdır. Kitabxanalar həyatımızdaböyük yer tutub. Qorki deyirdi, mən ən yaxşı işlərim üçün kitablara borcluyam,indi təsəvvür edin ki, bizim üçün böyük önəmi olan bu kitablar əlimizdənalınır. Onu da nəzərə alaq ki, kitablar satışda xeyli bahadır və heç də hər kəskitab satın almaq gücündə deyil. Kitablar mənəvi sərvətdir, bu baxımdankitabxanalar məbəd səviyyəsində qəbul edilməlidir. Amma biz nə edirik? Sankiqapalı boğanaq otağın nəfəsliyini bağlayırıq! 154 kitabxananın bağlanması əslindəgələcəyimiz üçün həyəcan siqanalıdır.”