adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 May 2017 22:41
39232
ƏDƏBİYYAT

Kitablar haqqında indiyə qədər bilmədikləriniz

Kitablarçantamızda, həyatımızda, kitabxanamızda... Tarixin ən qədim dövrlərindən bərihəyatımızda olan kitablar sevdiyimiz adamlar kimi ömürümüzə də işıq saçırlar.Oxuduğumuz əsərlər zaman keçdikcə yaddaşımızda kök salırlar.

Həyatımızdabu qədər yer etmiş olmalarına rəğmən kitablar və ya onların özəlliklərininə qədər bilirsiniz? Bu bilgi aclığını sonlandırmağa gəldik! Hazırsınızsa,başlayırıq.


Dünyanın ən çox kitab oğurlayan adamı


StivelBlumberq adlı buadam həyatı boyu 268 kitabxanadan 23.000 qədər kitab oğurlamışdır. Oğurladığıkitablar da sıradan, məzmunsuz kitablar olmamışdır. İçində nadir tapılankitablar da mövcuddur. Bu səbəblə də kolleksiyasının dəyəri 20 milyon dollarcivarındadır. Əlavə edək ki, kitab oğurluğu xəstəliyinə bileokliptoman deyilir.


Tarixin ən köhnə yemək kitabı


Dünyanın ən köhnəkitabı olaraq bilinən əsər Hammurabi dövründə, yəni miladdan əvvəl 1.700-cü illərdəyazılmışdır.


Dünyanın ən kiçikkitabı


Gözlə görmək çətindir. Yaponiyada nəşr olunan bu kitab0.74x0.75 ölçüsündədir və dünyanın ən kiçik kitabı hesab olunur. Kitabın adı"Shiki no Kusabana”dır ("Mövsüm çiçəkləri”)və 22 səhifədən ibarətdir. Kitab 0.01 millimetr yazı ölçüsü ilə yazılmış çiçəkillüstrasiyalarından ibarətdir.

Makina ilə yazılan ilk kitab "Tom Savyer”dir.


Mark Tven özavtobiyoqrafiyasında yazır ki, makinada ilk dəfə kitab hazırlayan adam özüdür. Araşdırmalarzamanı Mark Tvenin sözü doğru olub. Məhz "Tom Savyer” əsəri ilk dəfə makinadayazılan əsərdir.


Dünyanın ən uzun cümləsi


İndiyə qədər çapedilmiş ən uzun cümlə Viktor Hüqonun "Səfillər” kitabındadır və tam olaraq 823sözdən ibarətdir.

Cümlə kitabın3-cü bölməsində yer alır və 3 səhifə davam edir.


Haqqında 10 mindən çox kitab yazılıb.


Haqqında ən çox kitab yazılan qəhrəmanlardan biri Napoleondur. Bu günə qədərgörkəmli sərkərdə haqqında 10 mindən artıq müxtəlif kitablar yazılıb. Napoleonisə sürətli oxu tərzi ilə kitablara böyük maraq göstərib və o bir dəqiqə ərzindəiki min söz oxuyurmuş.


Dünyanın ən çox oxunan kitabı


İncil dünyanın ən çox oxunan kitabıdır. GinnesinRekordlar kitabında yer alan təxmini məlumata görə kitab 5 milyard nüsxə çapolunub. "Dünya İncil Cəmiyyəti”nə görə hər il o siyahıya 20 milyon İncil nəşri əlavəolunur. Kitab 2500-dən artıq dilə tərcümə olunub. Bu özü də bir rekorddur.