adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Iyun 2015 17:43
142774
MARAQLI

Kişinin xəyanət etdiyini necə bilmək olar?

Əksər qadınlar əmindirlərki, həyat yoldaşının və ya sevgilisinin ona xəyanət etdiyini qəlbən anlayır.Amma qadın intuisiyası həmişə köməyə gəlmir. Bu intuisiyanı ağlar qoyan məharətlikişilər də var, xəyanəti elə işləyirlər ki, qadının heç ruhu da incimir. Ammahansı sirr əbədi qalıb ki?!

Aşağıdakı xəyanətiçözən ipucları bəlkə işinizə yaradı...

 

Dostlar

 

Ortaqdostlarınızla tez-tez bir araya gəlin. Güman ki, onlar nəsə eşitmiş ola bilərlər.Əgər kişi sizə xəyanət edirsə, ortaq dostlar arasında bunu bilən ən sonuncuadam siz olacaqsınız. Dostlarla söhbətdə diqqətli olun: baxışlar qaçırılacaq,heç kəs gözlərinizə dik baxa bilməyəcək, suallara qısa cavablar veriləcək, məclisihər kəs sizdən öncə tərk edəcək, bacardıqca gen gəzəcəklər. Çünki xəyanəti bilibsusduqları üçün özlərini günahkar hiss edirlər.  

 

Zaman

 

Bəzən düşünürlərki, kişi vaxtı-vaxtında evə gəlirsə, deməli "sol”a meyilli deyil. Əksinə! Hiyləgərolanlar bunun tərsini edib, diqqət azdırmaq istəyirlər. Fikir verin: hərdəndostları ilə məclisə, futbola, gəzintiyə çıxan kişi birdən-dirə "ev quşu”nadönür. Sizi şübhələndirməsin deyə, zamandan düzgün istifadə edir. Odur ki, siz dəzamandan düzgün yararlanın. Şübhələndiyinizi ona qətiyyən bildirməyin, yoxsa dərhal"b” planına keçər.


Sözlər

 

Kişi həqiqətigizlədirsə, xəyanət edirsə, lüğətində dəyişikliklər edəcək. İfadələrindən "mən”sözü çıxarılacaq. Bacardıqca, az danışacaq. Ümumiyyətlə, səsi də qısılacaq.Çünki qadını qıcıqlandırıb əsəbləşdirə bilər. Əsəbi qadının isə... gözü elə dönürki, işi-gücü tullayıb kişini güdməklə məşğul olur (əsəbi qadının edə biləcəklərindənən cüzisi hələ budur). Bu da, əlbəttə, kişiyə əl vermir. Bundan başqa, filmlərdə,seriallarda, kliplərdə xəyanətdən danışılanda xəyanətkar kişi qabaqdangəlmişlik edib belələrinitənqid edəcək. Xəyanət edən kişiləri qınayacaq.  

 

Davranış

 

Evə vaxtında gəldiyikimi, digər hərəkətlərinə də nəzarət edəcək. Hətta xərcə düşüb bahalı hədiyyələrdə alacaq. Təbii ki, kişiniz əvvəldən belə səxavətlidirsə, bu başqa. Ammaxasiyyəti birdən dəyişirsə, Daşdəmir yumşalırsa, demək torbada pişik var. Dünənəqədər ad gününüzü unudan kişi birdən-birə tanış olma gününüzdə sizə qızıl üzükniyə hədiyyə etsin ki?! Və ya çaydan stolun üstündə ola-ola çay tələb edənkişi, axşam yeməyini niyə özü hazırlasın?!



Təbii ki busadalananlar xəyanəti gizli edənlər haqqındadır. Qadını saymayıb, açıq-açıq xəyanətedən, başqa qadının yanına getmək istəyən kişi özünü daha aqressiv aparacaq,etdiyiniz hər bir işə qulp qoyacaq, sizə heç nəyi yaraşdırmayacaq, bişirdiyinizyeməklər ürəyincə olmayacaq və s.

İstənilən haldaxəyanət ağırdır. Buna uğradınızsa, qarşınıza ya papağınızı qoyub düşünün, ya dakişinizi qoyub məsələni kökündən həll edin!