Litri 10 qəpik...
Bakıda mənzillərə verilən içməli suyu qaynatmadan çoxları içmir. Deyilənlərə görə, çiy suyun tərkibində ağır metallar və mədə-bağırsaq xəstəlikləri törədə biləcək mikroblar mövcuddur.
Bu nə dərəcədə doğrudur, bax onu deyə bilmərik. Amma əlaqədar qurumlar bildirir ki, Bakıda əhaliyə verilən içməli su tam standartlara uyğundur və onun tərkibində insan səhhəti üçün heç bir təhlükəli elementlər yoxdur. Üstəlik də, həmin sudan hər gün nümunələr götürülür və laboratoriyada analiz olunur . Müsbət rəydən sonra su əhaliyə verilir. Göründüyü kimi, hər şey qanunauyğun şəkildə öz həllini tapır.
Amma görünən odur ki, imkanlı insanlar mənzillərində sutəmizləyici qurğular quraşdırır və su tam mikroblardan təmizləndikdən sonra istifadə olunur! Əlbəttə, su nə qədər təmiz olsa, onu içmək insanlara bir o qədər fayda verər. Elə adamlar da var ki, dədə-baba qaydasından istifadə edərək suyu xüsusi hazırlanmış daşdan süzərək içilər! Son vaxtlar bir çox yaşayış sahələrinin yaxınlığında su köşkləri quraşdırılıb.
Həmin avadanlıqda su təmizlənir və normal vəziyyətə gətirilir. Bizim də həyətimizdə belə qurğu quraşdırılıb. Kim istəyirsə, litri 10 qəpikdən pul ödəyib həmin sudan götürə bilir. O suyu içənlər deyir ki, pis deyil, mənzillərə gələn sudan daha keyfiyyətlidir. Təki belə olsun! Çünki ən azından hər adam gün ərzində 3 litr çiy su içməlidir. Belə ki, çiy suyun tərkibində insan səhhəti üçün vacib olan minerallar mövcuddur!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
11 Avqust 2026 23:06
Ordubadda su elektrik stansiyası tikiləcək
11 Avqust 2026 15:49
Sabah çimərliklərdə hava şəraiti necə olacaq?
11 Avqust 2026 15:41
“Azərsun Holdinq” günəbaxan yağı istehsalını 4000 tona çatdıracaq - FOTOLAR
11 Avqust 2026 14:56
Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir
11 Avqust 2026 14:43
Bakıda torpaq qiymətləri bir ayda 4 % artıb
10 Avqust 2026 10:52
Bakıda velosiped və skuterlərdən istifadə rekord həddə çatdı
09 Avqust 2026 13:22
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
08 Avqust 2026 16:09


Bakı -°C

