adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Aprel 2019 16:35
23881
DÜNYA

KİM ÇEN IN RUSİYADA

KoreyaXalq Demokratik Respublikasının sədri Kim Çen In Rusiya prezidenti Vladimir Putinləgörüşmək üçün ilk dəfə olaraq Rusiyaya gəlib. İki dövlət başçısının görüşü 25 apreldəVladivostok şəhərində baş tutacaq.

KXDRsədrinin zirehli qatarı Rusiya ərazisində ilk dayanacağı Primorsk dairəsinin Hasan stansiyasına edib. Burada onu Uzaq Şərqin inkişafıüzrə RF-nın naziri Adeksandr Kozlov, Primoriya dairəsinin qubernatoru Olek Kojemyako,KXDR-in baş konsulu Ço Sok Çxol və Rusiyanın KXDR-dəki səfiri Aleksandr Maseqora qarşılayıb.

ŞimaliKoreyanın rəhbəri Rusiya torpağına gəlməyinə çox şad olduğunu, buraya çoxdan gəlməkarzusunda olduğunu və bu ölkəyə onun sonuncugəlişi olmayacağını bildirib. O qeyd edibki, atası Kim Çen İr həmişə Rusiyaya bö yüksevgi ilə yanaşıb. Və o da bu ənənəyə sadiq qalaraq dövlətlərarası tərəfdaşlığındaha da inkişaf etdirilməsinə çalışacaq. «İnanıram ki, gələcəkdə də sizin prezidentlə dostluqəlaqələrinə güvənərək Ruisyaya səfərlərimi davam etdirəcəm»- deyə KXDR-in lideri bildirib.

«Prima Media» informasiya agentliyinin məlumatına görə,Uzaq Şərqin paytaxtı Kim Çen Inın tarixi səfəri ilə ciddi hazırlıq işləri aparır. Zirehli qatarı qəbul edəcək vağzal və onun ətrafısabunla yuyulub və rənglənib. Vağzalın giriş qapısı Kim Çen Inın özü ilə gətirdiyi«Limuzin»in ölçüsünə görə 20 sm. genişdəndirilib.

ABŞDövlət Departamenti «ABC nwus» agentliyinə bildiribki, Rusiya və KXDR dövlət başçılarının görüşünüdiqqətlə izləyəcəklər.