adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 10:00
72
DÜNYA
A- A+

Kilsədəki hücuma görə 3 nəfər saxlanıldı

İordaniyanın təhlükəsizlik qüvvələri Karak vilayətindəki pravoslav kilsəsində terror aktı törətməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb. 

Adalet.az xəbər verir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyi (DİN) “X” sosial şəbəkə hesabında məlumat yayıb. 

“Oktyabrın 26-da səhər saatlarında keçirilən əməliyyat zamanı Həmmud rayonundakı Müqəddəs Georgi məbədində vətəndaşlara hücum edən üç terrorçunu aşkar etmək mümkün olub”, - məlumatda deyilir. 

Əl-Kərək şəhərinin kənarında tərk edilmiş evdə aşkar edilən silahlı şəxslərin təslim olmaqdan imtina edərək təhlükəsizlik qüvvələrinə atəş açdıqları qeyd olunub.

Nəticədə, atışma zamanı hər üç şəxs yaralanıb və saxlanılıb.

Xatırladaq ki, oktyabrın 23-də naməlum şəxs İordaniyanın Karak bölgəsində yerləşən kilsədə dəfn mərasimində iştirak edən şəxslərə atəş açıb. Nəticədə 9 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.