Kiberhücumlar daha çox bu proqramlardan olub
Elektron Təhlükəsizlik Xidməti (ETX) telekommunikasiya sektoruna qarşı fişinq üsulu ilə həyata keçirilmiş kiberhücum cəhdini araşdırıb.
Qurumdan Adalet.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, hücum ssenarisi mərhələli yükləmə zənciri ilə həyata keçirilib. Prosesdə “GuLoader” və “Remcos RAT” adlı zərərli proqram təminatlarından istifadə olunub.
Hücumçular istifadəçilərə e‑poçt vasitəsilə müqavilə və ödəniş mövzulu məktublar göndərib və onları zərərli faylları açmağa təşviq ediblər. Zərərli proqram sistemdə qalıcı olub, müəyyən məlumatlara (istifadəçi adı, əməliyyat sistemi və sistem konfiqurasiyası) giriş əldə edib.
Tədqiqat zamanı əldə edilmiş indikatorlar ETX tərəfindən aktiv şəkildə istifadə olunan “misp.cert.az” – “İnsident Məlumatlarının Mübadiləsi Platforması”na da əlavə edilib. “Remcos RAT” zərərli proqramı ilə əlaqəli fəaliyyətlərdə hər hansı dəyişiklik müşahidə edildikdə yeni indikatorların sistemə əlavə olunması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, “Guloader” və “Remcos” tipli zərərli proqram təminatları vasitəsilə həyata keçirilən eyni ssenarili hücum cəhdləri ölkəmizdə oktyabr ayından qeydə alınmağa başlayıb.
ETX təşkilatlara və fərdi istifadəçilərə naməlum və gözlənilməz e‑poçt əlavələrini açmamağı, sistemlərini daim yeniləməyi və antivirus/EDR həllərini aktiv saxlamağı tövsiyə edir.
Digər Xəbərlər
19 Yanvar 2026 17:10
İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib
16 Yanvar 2026 12:08
Bakcell son illərdə innovasiya liderinə çevrilib
09 Yanvar 2026 17:26
Ən çox şikayət olunan internet provayderlər
06 Yanvar 2026 16:51
Azərbaycan dünyada internet xidmətlərinə görə neçənci yerdədir?
26 Dekabr 2025 15:06
Bakcell lotereyasında 12-ci avtomobil uduldu!
17 Dekabr 2025 18:03
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu - FOTOLAR
17 Dekabr 2025 09:20
Əldə telefonla gəzməyin təhlükəsi
16 Dekabr 2025 15:32


Bakı -°C

