Kestutis Yankauskas Gömrük Akademiyasında olub
Fevralın 19-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin Akademiyasında "Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq" mövzusunda mühazirə ilə çıxış edib.
Tədbir çərçivəsində Akademiyanın rəisi Qulu Novruzov və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas arasında görüş keçirilib.
Qonağı salamlayan Qulu Novruzov Akademiyanın fəaliyyəti, tədris prosesi, ixtisaslar haqqında geniş məlumat verib. Akademiya rəisi beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini bildirərək, 2020-ci ilin Akademiyada "Beynəlxalq əməkdaşlıq ili" elan olunduğunu qeyd edib.
Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra qonaq Akademiyada yaradılan infrastrukturla tanış olub.
Kestutis Yankauskas "Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq" mövzusunda mühazirə ilə çıxış edib, Avropa İttifaqının tarixi başlanğıcından, onun əsaslarından, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərdən danışıb.
Sonda o, müəllim və tələbələrin suallarını cavablandırıb.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32