adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Mart 2019 18:10
8793
MƏMLƏKƏT

KƏSİLMİŞ BAŞLARIN GÖZ YAŞI

2-3 ay bundan əvvəl dostum gilə getmişdim. Gördüm ki, həyətdə dostumovçu paltarında tüfəngini silir. Görüşdük. Soruşdum ki, "hara gedirsən?”. Dedi– "Ova gedirəm”. Məni gülmək tutdu.Dedi: - "Xeyir ola niyə gülürsən?” Dedim – "Ayə, indi meşə var ki, ovuda ola?” Yayda balalarımı maşına qoyub tut yeməyə, nar yığmağa gələrdim. İndi iki-üç dənə qovaq ağacları qalıb. Eləbil onlar da ölmüş meşənin baş daşlarıdı. Dostum mənə də tüfəng tapdı və təklifetdi ki, dovşan ovlayarıq. Biz Kürün qırağıyla gedəndə hər yan yurğunluq idi.Birdən gözümə yenicə kəsilmiş söyüd ağacı dəydi. Yaxınlaşdım, kəsilmiş ağacınbaşında yaş gördüm. Sanki bu ağac özü kimi canlı ikən kəsilmiş başlarıağlayırdı. Axı meşənin nəzarətçisi var. Son iki ildə hörmətli prezidentimizİlham Heydər oğlu Əliyevin meşənininkişaf etdirilməsi haqqında sərəncamları olmuşdu.

Rus yazıçısı L.Tolstoy deyib ki, "Meşədə cavan bir ağacı kəsilmişgördüm, elə bildim ki, qolumu kəsiblər. Bu xırslar bizim yaşıllığımıza niyə beləqənim kəsiliblər?!

Hazırda ölkəmizdə meşə ilə örtülü sahə 1021.88 ha təşkil etməklə,ümumi ərazinin 11.8 faizi qədərdir. Hər adama təqribən 0,12 ha meşə sahəsidüşür ki, bu da ümumdünya miqyasında götürülən müvafiq orta rəqəmdən 4 dəfəazdır.

Biz bilməliyik ki, meşələr yeganə təbiət kompleksi hesab olunur ki,onlar su, hava və torpaq kimi biosferin çox vacib olan komponentlərinin sabitləşdirilməsinəşərait yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə siyasətini meşələrininkişafı Departamenti vasitəsilə həyata keçirir.

Axı hələ Ulu Öndərimiz Heydər Əliyev 20 dekabr 2001-ci il tarixli fərmanıilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinətapşırmışdır ki, dövlət və yerli özünüidarəetmə orqanları ölkədə meşələrin bərpaedilməsi ilə bağlı proqramlar hazırlasınlar. Bəs bu meşəyə qənim kəsilənlər uluöndərimiz Heydər Əliyevin və onun layiqli varisi, hörmətli prezidentimiz İlhamƏliyevin hər il əlində lapatka ağac əkdiklərini görmüyüblərmi?! Bəzi yerlərdəheç bir bar verməyən və ya bizim iqlimə uyğun gəlməyən ağaclar əkirlər. Yaxşıolmazmı ki, bu ağacların yerində ölkədə ipəkçiliyi inkişaf etdirmək üçün çəkilağacları əkilsin. Alma, armud, alça və sair meyvə ağacları əkilsin.

Mənə elə gəlir ki, bu gün hamımız əlimizə lapatka almalıyıq. Meşə təsərüfatınıinkişaf etdirərək sağlamlığımızı qorumalıyıq. Kəsilmiş ağacların başıağlamasın.

Əlifayım İSMAYILOV

AYB-nin üzvü