adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Avqust 2019 18:05
20747
ƏDƏBİYYAT

Keşiş Vartanın uydurduğu "erməni Naxçıvanı" mifini tarmar edən əsər

Tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, ardıcılolaraq kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafikabidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinəistinad edərək erməni "tarixşünaslığına” sarsıdıcı elmi zərbələr endirən TuranAraşdırma Mərkəzi İB-nin sədri, professor Əjdər Tağıoğlunun (İsmayılovun)növbəti elmi əsəri - "Naxçıvantoponiminin etnotarixi əfsanələr qədər qədimdir"adlı kitabı "Elm və təhsil”nəşriyyatında işıq çapdan çıxıb.

Kitabın redaktoru AMEA-nınmüxbir üzvü Vəli Əliyev və rəyçisi Qafqazşünaslıq İnstitutununErmənişünaslıq şöbəsinin müdüri tarix elmləri doktoru Qasım Hacıyevdir.

_______xəbər verir ki,müəllif işğalçı rusimperatorluğunun "Mərkəzi Baş kilsəsi"nin himayədarlığı altındaEçmiadzin kilsəsi qədim Naxçıvanın Oğuz- Türk tarixini dini-mistik əfsanə qəhrəmanı Noyun (Nuhun) mifik şəxsi rəmzindəkeşişi Vartanın uydurduğu "erməni Naxçıvanı" adyla dünya ictimaiyyətininbeynində yerləşdirmişdi. Bu fantastikmif ilk dəfə professor Əjdər Tağıoğlu"Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" əsərindəelmi-tarixi faktlarla darmadağın edir.Müəllif dünya arxeologiyasınasöykənərək o nəticəyə gəlir ki, tarixdə nə "Dünya Daşqını" başvermişdi, nə də dini mistikada guya yeni insan cəmiyyətinin "əcdadı"hesab edilən Noy real şəxsiyyətdir. Bu dini əfsanəni ilk dəfə xristianmissionerləri tarixi m.ö. 5000-ci illərə gedib çıxan Şumer-Türk əhalisinin abidəsiolan "Bilqamıs" dastanının XI bölməsindən götürmüş, m.s."Bibliya"da dövrün dini-siyasi tələblərinə uyğun olaraq, etnik zəmindəfantastik əlavələrlə xristian tarixinə çevirmişlər.

Müəllifaraşdırmasında nəticəyə gəlinir ki, Eçmiadzin kilsəsinin guya XIX əsrın Iyarısında yaşamış,əslində heç bir elmi ədəbiyyatda adı qeydə alınmamış,anonimkeşiş Vartanın adına uydurdu "erməniNaxçıvanı" iddiası yarıdilənçi qaçqın,köçəri ermənilərin "qədimQafqaz tarixi" qədər illuziyadır, mifdir!