adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
16 Iyul 2020 09:30
70445
MARAQLI

Kəşfiyyat silahları: casus milçək və kartoflar

Kəşfiyyat xidməti istər müharibədə, istər diplomatik əlaqələrdə əvəzsizrol oynayır. Buna görə də kəşfiyyatçılarağlagəlməyən silahlardan, izlənmə vasitələrindən və alətlərdən istifadə edir.


Sizə kəşfiyyat tarixinə məlum olan ənqeyri-adi silahları, izlənmə vasitələrini təqdim edirik.

Qulaqlı ağac

XX əsrin 70-ci illərindən etibarən ABŞ kəşfiyyatı saxta ağac kötüklərinin içərisinəizləmə cihazları yerləşdirirdi. Həmin kötük-ağaclar Moskva ətrafındakı yaşıllıq və meşələrdə "əkilirdi”.Həmin kötüklər ətrafda baş verənləri izləyir, rusların radar və raket sistemlərininhərəkətini qeydə alırdı. Daha sonra yığılan materiallar onun üzərindənuçanABŞpeykinə ötürülürdü. Beləliklə, bütün buməlumatlar okeanın o tayına göndərilmiş olurdu.

Ölüm çətiri

Rus gizli kəşfiyyatları və Şərqi AlmaniyanınSTASİ təşkilatı öz müxaliflərini aradan götürmək üçün ölüm çətirindən istifadəediblər. Çətirin üzərinə kapsul yerləşdirilir və yaxındakı adama atəş etməkolur. Bu zaman kapsul yerindən çıxır və hədəfdəki adamın bədəninə dəyir. Zəhərlikapsul işə düşür və həmin adam infarktdan qısa zamanda ölürdü.
Məşhur Bolqar yazar Georgi Markov daxilolmaqla onlarla müxalif insan bu silahla öldürülüb.

Məşhur Nobel mükafatçısı Aleksanr Solıjetsin də1971-ci ildə bu silahla vurulub. Zəhərlənməsinə baxmayaraq onun həyatını xilasetmək olub.
2006-cı ildə Rusiya prezidenti VladimirPutinin müxalifi Litvinenkonun radioaktiv yolla zəhərlənib ölməsi bu silahqorxusunu bir daha gündəmə gətirdi.


Gülümsəyin, KQB siziçəkir!

KQB 70-ci illərdə izlənmə üçün daha çoxistifadə etdiyi alətlərdən biri də palto düyməsinə yerləşdirilmiş fotoaparatolub. Agentlər izlədiyi yeri şəkillərə köçürmək üçün cibindəki aparatın düyməsinibasır və bu zaman paltosunun düyməsi isə həmin ərazini lentinə köçürürdü."Ajaks” adı verilən bu aparat KQB-nin işinə çox yarayıb.

Həyat qurtarankapsullar

Kəşfiyyat xidmətinə çıxan agentlər əsirdüşdükləri halda üzərlərində götürdükləri kiçik kapsulla xilas ola bilərdilər.Bu kiçik kapsulun içində çox kiçik alətlər olurdu.


İntihar eynəyi

MKİ agnetləri tərəfindən istifadə olunan bueynəklərdə zəhərli kapsul yerləşdirlirdi. Əsir düşən agent əzablara dözməyibdövlət sirlərini açmaq istəməzdisə eynəyindəki həmin zəhərlə özünü öldürürdü.

Kəşfiyyatçı qartal

Casusluq tarixinin ən böyük olaylarından birirusların amerikalılara hədiyyə etdiyi "qartal”la bağlı olub. 1946-cı ildəruslar Moskvadakı ABŞsəfirliyinəonların simvolu olan qartal heykəlciyi hədiyyə etmişdi. Səfir Averel Harriamanonlara borclu qalmasın deyə həmin qartalı rəsmi otağında başının üstündən asdı.Bu onun Moskva kimi yerdəən böyük səhvlərindən biri idi. Çünki, ruslar həmin qartalın içərisinə uzaqdanidarə olunan mikrofon yerləşdirmişdi. Bu yalnız 1952-ci ildə üzə çıxdı. Bu qədərzaman içindəsə Moskva səfirliyininbütün danışıqları izlənildi...

Ayaqqabı dabanında casus

Yalnız böyük ölkələr deyil, digərləri də öz kəşfiyyatıüçün müxtəlif alətlər icad edirdi. Bunlardan biri ayaqqabı dabanına yerləşdirlmişdinləmə cihazıdır. Daha çox rumın agentlər tərəfindən amerikalı casusları izləməküçün istifadə olunub.

Amerikalı diplomatlar öz geyimlərini adətənolduğu ölkədən deyil, təhlükəsizlik naminə ABŞ -dan gətirdirdi. Ayaqqabılar Rumıniyaya göndərildikdəisə rumın agentlər poçtda həmin ayaqqabıların dabanına dinləmə cihazları yerləşdirirdi.

Peyin casuslar

MKİ tərəfindən istifadə olunan cihazlardan biridə təzək olub. Bəli, məhz bildiyiniz mal-qara təzəyi. Əsasən it təzəyiformasında olan bu peyinlərdə radioyönləndirici olurdu. Daha çox Vyetnammüharibəsində istifadə olunub. Həmin təzəklər amerikan qırıcılarınıbombalanması lazım olan yerlərə yönləndirirdi.

Silahlı qəlyan

Daha çox ikinci dünya müharibəsində ingilisagentlər tərəfindən istifadə olunub. Tütün çəkən şəxs həmin qəlyanı yandırarkəndaxildəki mərmi işə düşür və düz ağıza daxil olaraq hədəfi öldürürdü.

Saatlar şəkil çəkir

Ikinci dünya müharibəsindən sonra Almaniyadahazırlanan "Steineck” adlı saatlar həm də şəkil çəkirdi. Agent çəkmək istədiyiyerdə özünü saata baxırmış kimi aparır və bu zaman həmin cihaz öz işinigörürdü. Həmin saatlar sadəcə 8 epizodu qeydə ala bilirdi.

Fotokameralı qələmlər

Gizli yerlərdə fotoaparatdan istifadə oluna bilməməsi MKİ-nı yeni modellər hazırlamağa məcbur etdi.70-ci illərdən sonra istifadə olunan belə qələmlər içində şəkil çəkməkfunksiyası olurdu. Hər hansı görüşdə gizli sənədlər həmin qələmlər vasitəsiləqeydə alınırdı. Amerikanlara işləyən sovet diplomatı Alesandr Oqorodnik KQB tərəfindəntutulana kimi yüzlərlə sənədin kopyasını ABŞ-aötürdü. Tutulduqdan sonra MKİ-dan verilən zəhərli kapsulla özünü zəhərləyiböldürdü.

Dəmir pullar casusluq edir

50-ci illərdə KQB tərəfindən sitehsal olunanbelə pulların içində gizli məktubları və məlumatları daşımaq olurdu. Iynə vasitəsilədəmir pul açılır və içinə hər hansı bir məktub yerləşdirilirdi. Təbii ki, bupullardan kimsə şübhələnmirdi. Yalnız sovetlərin ABŞ–dakı əsas casuslarından biri olanRudolf Abel bu pullardan birini səhvən qəzet satan uşağa verdikdən sonra hərşey üzə çıxdı. Həmin pul sonradan FBİ-nin əlin keçdi. 4 il çəkən araşdırmalarabaxmayaraq pulun əsas qaynağı tapılmadı.

Kömürlər bombaya çevrilir

Bomba kömürlər MKİ-nın atası sayılan OSS tərəfindən ikincidünya müharibəsinin bir çox cəbhələrində istifadə olunub. Kömürə bənzəyənbombaları agentlər istədiyi yerdə kömür kimi boyaya bilirdi. Ocaqda qalandıqdaisə dəhşətli bir partlayışın olmasını söyləməyə isə ehtiyac yoxdur...


Milçəklər də casusluq edir

MKİ tərəfindən hazırlanan milçək görünüşlü vəboyda olan mikro təyyarələr düşmən cəbhəsində kəşfiyyat məlumatları toplayırdı.

"Fotoqraf” göyərçinlər

Öyrədilmiş göyərçinlərin üzərinə fotokamerayerləşdirilir. Onlar düşmən cəbhəsinə gedərək fotolar çəkir və sonradan öz yerlərinəqayıdırdı. Ilk dəfə olaraq belə bir şey alman əczaçısı Julius Neubronner tərəfindən tətbiq edilib. Göydənyerin mənzərəsini çəkmək üşün göyərçinlər yetişdirən əczaçı bunun patentini1908-ci ildə aldı.

Sonradan unudulan belə əməliyyatlar 70-ci illərdəMKİ tərəfindən kəşfiyyata gətirildi.

Makyaj kodları

Qadın agentlər tərəfindən istifadə olunanmakyaj qutusunun aynasında ərazinin müəyyən kodları və xəritəsi yerləşdirilir.Onlar düşdükləri çətin anlarda "makyajlanaraq” vəziyyətdən çıxmağa çalışır.

Dözümlü xəritələr

Əsasən qərbli agentlər üçün hazırlanan bu xəritələrsuya davamlıdır. Agentlər çətin anlarda və şəraitdəbu xəritələrdən istifadə edirdi.

Kartoflarda radioötürücü var

Soyuq müharibə dövründə kəşfiyat bütün ərzaqlara,meyvələrə, tərəvəzlərə kimi qarışdı. Kartof görünüşlü və formasında hazırlananbu alətlər müəyyən ərazilərə atılır. Həmin yerdə olan hər hansı hərəkətlilik isəonun daxilində olan anten vasitəsilə lazım olan yerlərə ötürülürdü.

Məktublarınız öncə oxunur?

İkinci dünya müharibəsində diplomatikyazışmaları oxumaq üçün yeni aparatdan istifadə olunurdu. Məktub açılmadanazacıq açıq olan yerinə həmin aparat salınır, məktub həmin aparatın ətrafınasarınır və çölə çıxarılırdı. Məktub oxunduqdan sonrasa eyni qaydada yerinəqoyulurdu.

Kompas düymələr

Geyimin önündə heç bir şübhə yaratmayan düymə-kompasyerləşdirilir. Üzərində olan sadə kiçik iynə kimsənin ağlına gəlmədən kompaslıqedir.


Emin Piri