06 Oktyabr 2017 15:24
16061
MƏMLƏKƏT

KƏRƏ YAĞI ZELLANDİYADA PULSUZ İMİŞ Kİ

Qəzetlərdə Azərbaycanakərə yağı idxalçılarının bir müraciəti dərcedilib. Müraciətdə oxuyuruq: «2017-ciilin sentyabr ayında Yeni Zellandiyada kərə yağının qiyməti 2017-ci ilinyanvar ayı ilə müqayisədə iki dəfədənçox olub, 2016-cı ilin sentyabr ayı ilə müqayisədə 85 faizədək, (təxminən bir dəfə- «Ədalət») 2017-ci ilin yanvar ayı ilə müqayisədə 30 faizdən çox bahalaşmış, hazırda 1 ton üçün6100-6200 dollar arasında dəyişir» .

Balacabir hesablama aparaq. Rəqəmləri yuvarlaşdıraq. 6000-i bölək 3-ə, elədi 2000.2000-dən də 30 faiz çıxaq. Bu da eləsin1600 dollar. Yəni bir kiloqram kərə yağı belə çıxır ki,2015-ci ildə 1 dollar 60 sent imiş. Devalvasiyadan əvvəli götürsək, belə çıxırki, bizim pulla pulsuz imiş. Bax, onda da bizim pulla pulsuz olan Yeni Zellandiyakərə yağını 8-10 manat alırdıq axı.

Nəisə… Ümumiyyətlə, kərə yağı cana ziyandı, bunu dünyanın bütün alimləri deyib.Ən yaxşı yağ "Teksun” yağı idi, mehribanlıq yağı idi. Məsələn, "Teksun” yeyəndənsonra o qədər mehribanlıq yaranırdı ki, adam hətta arvadıyla bacı-qardaşolurdu.