adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Mart 2019 09:30
19637
MARAQLI

KƏRBƏLAYININ OĞLU YƏDULLANIN MÜSİBƏTİ BELƏ OLMAMIŞDI

80-ci illərin sonu, 90-cı illərin əvvəllərində çörək qıtlığı, benzin qıtlığı olanda millət belətəlaşa düşməmişdi ki, martın 13-də axşamdüşdü. Allah, sən saxla. Məsələ bir az uzansaydı millətin yarısı infarkt olacaqdı. Trollar saçlarınıyolurdular, söyüş sifarişini yerinəyetirə bilmirdilər.

Məsələ nədi? Sosialşəbəkələr bir neçə saat dondu, işləmədi.Hətta deyəsən,telefonlarda da problem yarandı. Belə aydınoldu ki, sosial şəbəkələr çörək, su qədər, hava qədər qiymətliymiş.

Mark bir az məzələndi, bir eksperiment keçirtdi, tək bizim yox, millətlərin nəbziniyoxladı. Təbii ki, Mark deyəndə ABŞ.Hər şeyi başa düşdüm, bu «nöqtə» nədi başa düşmədim. Hamı «nöqtə» istəyirdi. Kimsə də yaxşı məzə tutmuşdu ki, Çin təcili neçə vaqon «nöqtə»göndərib Sədərək bazarına.