adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2018 17:52
15334
ƏDƏBİYYAT

KƏRAMƏTLƏ essevari SÖHBƏT

"Hələ adqoyulmayan sevdalar içində gülümsəyirəm”

Yalan olmasın, bəlkə,on ildi nəşriyyatda hər görüşəndə "ədəbi söhbət" barədə qarşılıqlı"sasiz imzalayır", şeirində dediyi kimi "salamın da qaçır, əhlikefkişi" pıçıldayıb da əməlli-başlı ağzımı boza verdiyini, incikliyimiyüngülvari üzünə vururam. O da, hər dəfəsində məni qabaqlayır, "Birmüsahibə borcluyuq bir-birimizə"ylə yola verir.

Yox, bu dəfə əlimdənqaça bilmədi, - gəl bir çay içək, - təklifimə, - sən çay, mən pivə, - tələbinərazılığımı verib, bir az ordan-burdan, ailədən, uşaqlardan danışdıq. Beş nəfərdən ibarət ailə üzvündən üçü AYB ailəsinində üzvüdü. Qeyd-şərtsiz vurğulamağı özümə borc bilirəm ki, mənim tanıdığım Kəramətailəsinə canını qurban verər, amma ədəbiyyatı güzəştə getməz və getməyib də.

Çoxillik müşahidəmə görə həyat dolu, son dərəcəqürurlu, məclisləri sevdiyi qədər tənhalığı sevən, Sözə tapınan, heç vaxt kasıbgörünməyən dəli-dolu olduğu kimi davranışlarıyla hörmət qazanan bənzərsiz,umacaqsız, giley-güzarsız Şairdi.

-Salamsız-kəlamsız,yəni girişsiz başlayaqmı söhbətə? Məsələn, "yazıçı obrazı" sənin üçünnə deməkdir və yaxud yazıçı-şair sənin nəzərində necə olmalıdır?

-Bəri başdandeyim ki, heç nə mənim və yaxud kiminsə istəyilə şəkillənmir.

Yazıçını həcvçi-mədhçikimi tanımaq və tanıtmaq yanlışdı, özünü bu şəkildə tanıtmamaq da olar. Əyləndirici,uyutdurucu şəklində görənlər də yanılır. Belələri tarix boyu yoxmu? Var. Ammabizim xitabımız bu deyil ki…Bizdəkiümumi baxış təqribən belədi: Ya fəzfən-zadın olmalı, ya da kefqomfason... Hə,onu da deyim ki, hansı yazıçının mənsəbi hansı pillədəsə onu o mərtəbədə yazıçısayırlar və sairə.


Söz sahibidililaylalı ana, oxucu da bala deyil, onu şirin-şəkər kəlmələrlə uyudasan. beyinləri-ruhlarıuyutmaq (belədə ozü irreal "narkoman" olmaqla bərabər yazılarıyla da narkotik maddə satıcısından fərqlənmir),ideologiya (dini-milli-siyasi) dəllalı da deyil, ədəbi-mədəni lahiyənin yerliiş icraçısı da. Həyatı OYNAMIR,HƏYATI HƏYAT KİMİ YAŞAYIR VƏ YAŞANANHƏYATINI ANLADIR. ƏDƏBİ İNFORMASIBANKI OLMALI VƏ BƏDİİ İNFORMASİYA VERMƏSİ ÜÇÜN DƏ BƏDİİ DÜŞÜNCƏSİNİTƏZƏLƏMƏLİDİ, -DEYƏ DÜŞÜNÜRƏM. Nədən biz hər şey, zad olmağa ehtiyac duyuruqki?

-Axı yazıçı dainsandı, konkret zaman-məkan daşıyıcısıdı. OnuÖZ QƏLİBLƏRİMİZ İÇİNDƏ GÖRMƏK DƏ DÜZGÜN DEYİL.

- Kiminsəyazdıqlarını sevməyə, alqışlamağa oxucu məcbur deyil, amma o HƏYATI anlamağa, ənazından bunun üçün də cəhd etməyəborcludu, buna görə "oxucu" statusundadı. Zaman-zaman buqarşılıqlı dialoq-məhkumiyyət qarşıya çıxır, çıxacaq. Oxucuyla aramıza o qədəryanıldıcı işarələr qoyublar ki, üz-üzə qala bilmirik, küncdə-bucaqda gizlətmək,sıradanmış kimi bozluqda itirmək cəhdləri də anlaşılandı. Böyük Nazim Hikmət nədeyirdi? Deyirdi ki, ONLAR HƏYATINDÜŞMANI = Gizlənmək,yoxsa gizlədilmək?

Qiymətli nəvarsa, həmişə gizlində olur, bu və ya digər şəkildə. Bu da var ki, üst bədiidüşüncəni dışlamaqla pərvəriş tapır sıradakılar. Adi normativlərə (dil, fikrinifadəsi, məntiq) cavab verməyən birini, SIRADAKILAR kumirə çevirməklə də mükəlləfdi,adi gedişat bunu bəsləyir, çoxluğun hokmü dövriyyəyə girir və qərarını verir.Yoxsa, sıradakılar rahatlamır. Və ən əsası, buna zamanın tələbi, ideologiya dadeyə bilərsiz (bəzən ideyasızlığın özü də vaxtın diktəsi ola bilir) hökm verir.Vaxtın bazarı gündəlik ədəbi tələbat mallarını piştaxtanın üstünə çıxarır.Reklamın üstünlüyü, gücü mahiyyəti, dəyəri= mahiyyəti inkar edir.

-Söhbətimizessevari axarda gedib qəlizləşdi bir az, elə deyilmi? Özünlə danışırmış kimi...Əslində,başqalarıyla danışanda da özümüzlə danışırıq, elə bil. Qoy bu da belə olsun.

ÖyrəşilməyənYazıçı Obrazı çətin qəbul görür bütün zamanlarda, hər yerdə.

Yalvarıb-yaxaran, HAP-GOPÇU, göz yaşı tökən, Allaha, Padişaha təlxəklik, dəllallıq eləyibİSTƏNƏN-ARZULANAN-XOŞA GƏLMƏK üçün min cür alabəzək dona, rola girənlər də olubtarixin hər dönəmində. Fikir vermisənmibizdəki sevgi də, yar da yaltaq, yalvaran, ağlayıb-sıtqıyan durumdadı. Mənimobrazım ona - oxucuya-"Sən"ə yaddı. "Sən mənə gəlmək dilərsən,Gəlirsən?- Gəlginən" - deyirəm və yalvar-yaxara, ağlaşmağa öyrəşdirilmiş oxucuçaşır bu təmənnasız-minnətsiz müraciətə.

Alqış dilənçisi, heç deyiləm və üstəgəl kimsəninsevgi-mərhəmətinin möhtacı da. Bir-birimizi anlamağa ehtiyacımız var, ən azından,icazə versələr, yazıçının "Sən" obrazıyla baş-başa qalmasını istəyirəm

-Əgər üç şeiroxumasan sənin günahındı, daha sonra beş şeir oxumasan məni lənətləyə bilərsən,- "Son qapı" kitabının girişində belə yazmısan. Yekəxanalıq, yoxsa,özgüvən? Xətrinə dəyməz ki, desəm... sənin haqqqında birmənalı fikir yoxdu. Birşeirində özünün də dediyin kimi: "O necə adamdı? Sözü-söhbəti, Onutanıyanın sayı qədərdi".

-Bilirəm və çoxzaman onların fikrinin istəkləri yöndəobrazımın formalaşmasına da yardımçı oluram. Yəni sən mənim haqqımda belədüşünürsənsə, bu da sənə "mən", əksini, yaxşı tərəfdən, heç zamanizah və sübuta çalışmamışam. Haqqımda birmənalı fikir olsaydı, özümdən şübhələnərdim.(gülür)

(Bu aradasoruşur pıçıltıyla "bəlkə nəsə çörək də yeyək, pivə məni acıdırdı. - Sənye, evdən yemək gətirirəm, -cavabını verirəm. O da bir neçə dəfə gəlib -, Nəqulluğunuz, - deyən nəşriyyatın sevimlisi, bizə xidmət edən Anarı səsləyir, -ordan bir rus arağı ver, 250 qramlıq, sizdə yoxsa, İlqarda (bufetçi) var, nə içərəm,içərəm, bir də balıq bir nəfərlik, o biriləri özün bilirsən) Onu da deməsəmolmaz, Anar da Kəraməti çox istəyir,çünki çox əliaçıqdı.

-Bəlkə, hələlik,bura qədər bəsdi, canım-qardaşım, - təklifi ondan gəlir.

Hiss edirəm ki,danışmaq istəmir, daha doğrusu, təkqalmaq istəyir, əlbəttə, hələlik, bir azdan onun stolunda 5-10 adamolacaq, orası öz yerində, indisə, "Tək-tənhadı ağaclar, Sıx-sıx əkilsələrdə".

Həmsöhbət oldu:Əbülfət