adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Mart 2024 11:47
1728
ŞOU-BİZNES

Kəramət Manafa səsləndi: “Deyin, ayıbdır, bir-birinizi qırmayın”

Xəbər verdiyimiz kimi müğənni Pünhanla  Aşıq Mübarizin efirdəki mübahisəsi sosial şəbəkədə davam etdi. Tərəflər bir- birilərini canlı yayımda təhqir etməyə, hədə-qorxu gəlməyə başladılar. 

Məsələyə müğənni Manaf Ağayev müdaxilə edib. O, Pünhanla Mübarizi barışdırmaq qərarına gəlib. Belə ki onlarla bir yerdə görüşərək, məsələyə aydınlıq gətirib. Və sonda hər iki tərəfə barışığa razı olub. 

Yazıçı Kəramət Böyükçöl də sosial şəbəkədə gündəmə çevirilən məsələyə münasibət bildirib və siyasətçi Tural Abbaslı ilə barışmasında Manaf Ağayevin vasitəçi olmasını xahiş edib:

"Bizdən sonra da Rusiya ilə Ukraynanı barışdırarsınız, sizin sözünüzdən çıxmazlar. Deyin, ayıbdır, bir-birinizi qırmayın, dünya sizə baxır”, - deyə qeyd edib. 

Kifayət qədər ironik fikirə izləyicilər də birmənalı yanaşmayıb.

Əntiqə Kərimzadə