adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Avqust 2020 13:07
17573
GÜNDƏM

Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanski - Etibar Əliyev yazır

Azərbaycanın məşhur hərbi xadimi, briqadakomandiri Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanskinin (10avqust 1895, Naxçıvan, İrəvan quberniyası – 26 avqust 1938, Moskva) doğumgünüdür.


Türk qoşunları Azərbaycan Əlahiddə Korpusu iləbirgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan"Sentrokaspi Diktaturası" qüvvələrindən təmizləyəndə CəmşidNaxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşmuşdur.


Azərbaycan Xalq Cümhuriyyətininnaziri, artileriyageneralı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvaritatar alayının komandiri polkovnik-leytenant Cəmşid Naxçıvanski II Qarabağsüvari alayının komandiri təyin edilmişdir.

1920-ci ilin martında onunQarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarındafəal iştirak etmişdi.



C.Naxçıvanski 1923və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiyakurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiriolmuşdur. 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonraorada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş,akademiyada əsas fakültənin kurs rəisi olmuşdur.


C.Naxçıvanski 20may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncüdəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali MəhkəməsininHərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyarməhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddəiştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməkləgüllələnmə cəzasına məhkum edildi və elə həmin gün də güllələndi.
Heydər Əliyevin təşəbbüsüilə 19 aprel 1971-ci ildə yaradılmış Hərbi liseyə onun adı verilmişdir.