Kənan MM: “Kişi haqlıdırsa, niyə qadından üzr istəməlidir?"

Açıqlamaları ilə diqqət çəkən rejissor- aktyor Kənan Mahmudov bu dəfə də gündəm olmağı bacarıb.
Adalet.az xəbər verir ki, o, qadın0 kişi münasibətindən danışıb:
“Deyirlər ki, qadının könlünü almaq gərəkdir. Niyə? Kişi haqlıdırsa, niyə qadından üzr istəməlidir? Belə düşüncələrdir ki, kişiləri bəzən zəif göstərir.
Xanım özünə görə şəxsiyyətdir, kişi də özünə görə şəxsiyyətdir. Niyə geri addım atmalıyam? Hələ üstəlik haqlıyamsa… Başqa vaxt qadınlar kişilərlə bərabərhüquqludur deyirik. O qanunu bu məsələdə niyə tətbiq etmirik? Çünki burda bu bizə lazım deyil.Kimə necə uyğun olursa, həmişə elə danışır”.
Əntiqə