Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqust 25-də Şəki şəhərində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən verilən məlumata görə, qəbulda yalnız Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Bildirək ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) 24 avqust tarixində saat 09.00-da başlayacaq.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
Digər Xəbərlər
03 May 2024 12:45
Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42Hicran Hüseynova: Müasir sivilizasiyanı mediasız təsəvvür etmək olmaz
03 May 2024 11:15Güllüdüzü kəndi necə Vardahovit oldu? - Ermənilərin "qədimliyini" puç edən detallar
03 May 2024 10:00