adalet.az header logo
  • Bakı -°C
29 Dekabr 2025 10:47
68
MƏMLƏKƏT
A- A+

Kəlbəcərdən maraqlı GÖRÜNTÜ - Ana-bala cüyürlər... - FOTO

Kəlbəcər rayonu nadir flora və fauna növləri ilə tanınır. Burada dağ keçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, cüyür və qartal əsas heyvan və quş növləri sırasında yer alır.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, ötən gün yağan qar bölgədə diqqətçəkən təbiət mənzərələri yaradıb. Bu füsunkar mənzərələr fonunda ana və bala cüyür kamera ilə lentə alınıb.

Cüyür və balasının görüntülərini təqdim edirik.