Azərbaycan çempionatında 16 böyükhesablı nəticə qeydə alınıb
Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün baş tutan 16 turunda 16 böyükhesablı nəticə qeydə alınıb.
Adalet.az xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur.
“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibini böyük fərqlə məğlub edib. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir uğuru var.
Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan-Yevlax” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan-Yevlax”ı (3:0, 3:0) 2 dəfə belə məğlubiyyətə uğradıb.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

