Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 Sentyabr – Bilik Günü münasibətilə 33 illik fasilədən sonra, Kəlbəcərdə ilk zəng çalınıb.
Adalet.az xəbər verir ki, şəhərdə işğal dövründən sonra inşa olunan ilk tədris ocağı modul tipli binada fəaliyyətə başlayıb.
Bina məktəblilərin təhsillərini davam etdirmələri üçün müvəqqəti olaraq təşkil edilib.
Kəlbəcər şəhərində 2,24 hektar ərazidə müasir təhsil kompleksinin inşası davam edir. Kompleksdə ümumtəhsil orta məktəb, 80 yerlik uşaq bağçası, 7 peşə təhsili üçün emalatxana və 70 yerlik yataqxana nəzərdə tutulub.
Təhsil kompleksinin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Məktəbdə Bilik Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki, 32 il məcburi köçkünlüyün ağır sınaqlarını yaşamış soydaşlarımız bu gün qalibiyyətin bəhrəsini görərək doğma torpaqlarında həyatın yenidən bərqərar olmasına şahidlik edirlər.
Digər Xəbərlər

Xankəndi, Ağdərə və Xocalıda Bilik günü qeyd olunub

LDU-da yeni tədrs ilinə start verildi - FOTOLAR

Naxçıvanda birinci sinfə gedən uşaqların sayı açıqlandı

Abşeron rayon Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəb yeni dərs ilini uğurlu göstəricilərlə qarşılayır

Azərbaycanda Bilik Günüdür

“Təhsil” istirahət mərkəzində tələbələrin yay düşərgəsi - FOTOLAR

Yeni tədris ilində 2,2 milyondan çox şagird və tələbə təhsil alacaq
