XİN: Bu Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu

Bakının azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə paylaşımında qeyd olunub.
Bildirilib ki, 1918-ci ilin bu günündə Azərbaycan korpusunu da özündə birləşdirən Qafqaz İslam Ordusu Bakıya daxil olaraq erməni–daşnak işğalına son qoydu:
"Paytaxtın azad edilməsi Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu və xalqımızın, həmçinin onların müttəfiqlərinin birliyini, cəsarətini və fədakarlığını nümayiş etdirdi. 107 il sonra biz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda edənlərin xatirəsini dərin minnətdarlıqla yad edirik".
Digər Xəbərlər

“Bu, sülh prosesini pozmaq istəyən terror təşkilatlarının fəaliyyətidir”

“Karen Avanesyanın özbaşına olaraq gizlədilmiş silahın yerini bilməsi real görünmür”

İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Zakir Həsənov Selçuk Bayraktaroğlunu qəbul edib - FOTOLAR

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib

İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

Türkiyə XİN Azərbaycanı təbrik etdi
