İlham Əliyev Nikaraquanın həmprezidentlərini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Nikaraqua Respublikasının Həmprezidentləri Daniel Orteqa Saavedraya və xanım Rosario Murilyoya təbrik məktubu ünvanlayıb.
Adalet.az-ın ınməlumatına görə, təbrikdə deyilir:
"15 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan-Nikaraqua əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi, həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Nikaraqua xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Digər Xəbərlər

Zakir Həsənov Selçuk Bayraktaroğlunu qəbul edib - FOTOLAR

Türkiyənin Baş Qərargah rəisi Azərbaycana gəlib

XİN: Bu Azərbaycanın dövlətçilik uğrunda mübarizəsində dönüş nöqtəsi oldu

Türkiyə XİN Azərbaycanı təbrik etdi

"Burada uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var" - Prezident

"Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur" - Dövlət başçısı

"Son beş ilin tarixi Zəfər tarixidir" - Prezident
