Kəlbəcər, yenə də bizimsən! - Əzizə İsmayılova yazır
Zarafat deyil. Biz bu günlərə gəldik! Əziz KƏLBƏCƏR, bu il biz sənin işğal gününü artıq qeyd etmirik. Çünki, sən artıq yenə də bizimsən!
30 illik tarixin qısa xronikası:
1993-cü ilin mart ayı bu bölgəyə qara gəlmişdi. Düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyimizi tutmuş, Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurmuş, dinc əhalini diri-diri yandırdırmışlar. Ən əhəmiyyətli #Keçiliqaya yüksəkliyinə sahib çıxdmışdılar.
Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi.
İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid verdik, 231 nəfərimiz itkin düşdü, 100-lərlə vətəndaşımız şikəst oldu. 130 yaşayış məntəqəmiz, dünya şöhrətli, “İstisu” sanatoriyamız, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olundu.
AMMA bunlar hamısı tarixdə qaldı. Şanli Azərbaycan ƏSGƏRi tarixin bu qaranlığından bizi çıxartdı. Azərbaycan Ordusu Kəlbəcərimizi bizə qaytardı!
Əziz KƏLBƏCƏR, sən azadsan! Əziz KƏLBƏCƏR, sən yenə də bizimsən və tarix boyu bizim olacaqsan! Biz səni cənnətə çevirəcəyik!
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu! Şəhidlərimizə hörmət, qzilərimizə şəfqət diləyi ilə!
Digər Xəbərlər
20 Avqust 2026 14:10
Sabah 36 dərəcə isti olacaq
20 Avqust 2026 09:55
"Kubinka" sakinləri "Vialon" MTK-dan narazıdır - VİDEO
19 Avqust 2026 16:25
Bu ay 17 gün normadan çox isti olub
19 Avqust 2026 15:24
Boşanmaların ən yüksək olduğu rayon AÇIQLANDI
19 Avqust 2026 13:11
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
19 Avqust 2026 12:05
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
18 Avqust 2026 11:26
Övladlarından ayrı düşən ana uşaqlarına qovuşdu
18 Avqust 2026 11:07


Bakı -°C

