Kəlbəcər: Təbiətin səssiz nəğməsi - VİDEO

Kəlbəcər rayonu Azərbaycanın ən füsunkar və təbiigözəlliklərlə zəngin bölgələrindən biridir. Bu ərazi təkcə mənzərəli dağ silsilələri ilə deyil, həm də nadir flora və fauna növləri, şəfalı mineral suları və bulaqları ilə seçilir.
Bu yerlərin həm ekoloji, həm də turizm potensialı baxımından mühüm əhəmiyyəti vardır. İyirmi yeddi ildən artıq müddətdə işğal altında qalan Kəlbəcər 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və müdrik siyasəti, qəhrəman ordumuzun rəşadəti sayəsində bir güllə atılmadan azad edildi… İndi bu dağlarda, meşələrdə yalnız təbiətin səsi, pıçıltısı deyil, sakinlərinin də səsi əks-səda verir. Kəlbəcər artıq öz daimi sakinlərini qəbul edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində hazırlanmış, Kəlbəcər rayonunun təbiət mənzərələrini əks etdirən videoçarxı şərhsiz təqdim edir.
Digər Xəbərlər

Sentyabrın 15- dən metroda sıxlıq olacaq?

Bəs toylarda nə vaxt qənaət olunacaq?

Sabah 38 dərəcə isti olacaq - PROQNOZ

Xankəndidə qondarma rejimin “XİN”inin binası sökülür - VİDEO+FOTOLAR

Leyla Əliyeva “Tut Əlimdən” Mərkəzi ilə tanış olub

Leyla Əliyeva klassik avtomobillərin yürüşündə - FOTOLAR

Leyla Əliyeva və Arzu Əliyeva Milli Onkologiya Mərkəzində olublar
