Keçmiş məcburi köçkün qadınların peşə bilik və bacarıqları təkmilləşdirilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən "PAŞA Holding" MMC-nin maliyyə dəstəyi ilə "Peşəkar qadınlar" layihəsi çərçivəsində tədbir təşkil edilib. Tədbirə "Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması" layihəsinin iştirakçıları da qoşulub.
Belə ki, məcburi köçkün qadınların peşəkar inkişafını dəstəkləmək və onların iqtisadi müstəqilliyini gücləndirmək məqsədilə təşkil olunan tədbirdə peşə ixtisaslarının qiymətləndirilməsi prosesində iştirak edən 25 qadın imtahanlardan uğurla keçərək sertifikat əldə edib. Qazanılan nailiyyət onların əmək bazarında daha rəqabətqabiliyyətli olmasına və peşəkar biliklərini təsdiq etməsinə geniş imkan yaradacaq.
Sertifikat əldə edən 16 nəfər qənnadçı, 5 nəfər dərzi, 3 nəfər bərbər-vizajist-manikürçü, 1 nəfər bərbər sahib olduqları peşə sahələri üzrə qiymətləndirmədən uğurla keçib.
Qeyd edək ki, bu təşəbbüs məcburi köçkün icmalarında yaşayan qadınların peşəkar inkişafına töhfə verməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını və iqtisadi güclənməsinə də yol açacaq. Həmçinin, layihə çərçivəsində qadınlara yeni bacarıqlar qazandırılaraq onların əmək bazarında aktiv iştirak etməsi üçün geniş şərait yaradılıb.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

