Keçmiş məhkum yarım kiloqram narkotiklə saxlanıldı
Bakıda polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirib.
Əməliyyat paytaxtın Pirallahı rayonu ərazisində baş tutub. Pirallahı rayon Polis şöbəsi əməkdaşları daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə məhkum olunmuş B. Məmmədov saxlanılıb. Baxış zamanı həmin şəxsdən 480 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
03 May 2024 16:04
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48Ölkəyə onlarla kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
01 May 2024 09:43Evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb
30 Aprel 2024 11:00Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb
30 Aprel 2024 10:06