Karyerası şanlı, şəxsi həyatı nigahsız olan model: Dəniz Akkaya - 45 yaş
jpg-1659518990.jpg)
Bu gün sosial mediada paylaşımları və açıqlamaları ilə tez-tez gündəmdə olan türkiyəli model və aparıcı Dəniz Akkaya 45 yaşına vida edir
Adalet.az xəbər verir ki, Dəniz 3 avqust 1977-ci ildə İstanbulda anadan olub. 1997-ci ildə qatıldığı “Best Model of Turkey” yarışmasında birinci oldu. Hazırda modellikdən uzaqlaşaraq öz işini qurub. 2013-cü ildən “Dasmine” şəxsi geyim firmasını işlədir. Adı bir çox iş adamı ilə çəkilib. Nigahsız birlikdə yaşadığı ünlü şəxslər olub. Hətta Dəniz rəfiqəsinin oğlu Gökmen Şeynova ilə birlikdə olduğu da Türkiyə mediasının gözündən yayınmayıb.
Amma iş adamı Efe Önbilgin ilə nigahsız birlikdəliyindən Ayşə adlı bir qız övladı var
Dəniz Akkayanın 44 yaşı olmasına baxmayaraq gən qızlara örnək ola biləcək bir bədən qurluşu var.
Ötən ayların birində keçmiş maneken verdiyi reportajda “ölməz olmaq üçün özümə yaxşı baxıram” deyərək gündəm yaratmışdı. Akkaya bədən quruluşunun və sağlam yaşamasının sirrini açıqlayıb.
“Üç gün boks, üç gün atletika və fitness məşqlərim var. Spirtli içki qəbul etmirəm, arada özümə mükafat olaraq şirniyyatla və 3 dəfə protein tərkibli yeməklə qidalanıram. Aralarda qətiyyən yemirəm. Qəlyanaltıların səhv bir tətbiq olduğunu anladım. Səhər duran kimi bol su və kərəviz saplağının suyunu içirəm”, - deyə həftənin 6 günü idmanla məşğul olan Deniz Akkaya bildirib.
Ötən il sosial media fenomeni, iş adamı Selin Ciğerci onu və həyat yoldaşı Gökhan Çırayını təhqir edən ifadələr işlətdiyini iddia edərək Deniz ilə bağlı məhkəməyə müraciət etmişdi. Model 3 gün məcburi həbs həyatı yaşadı.
Əntiqə Rəşid
Digər Xəbərlər

Xalq artisti: “Onlara verdiyim rüşvətin xeyri olmadı”

Əbdül Xalid: “Onun maddi dəstəyimə ehtiyacı yoxdur”

Teymur Əmrah: “Həmin qocalar adlarını sənətkar qoyublar”

Hindistanlı aktrisa 2 min dollar cərimələndi

Əməkdar artist: “Məni bığlı-saqqalı yekə əmilər də dinləyib”

Əməkdar artist Qorxmaz Əlilicanzadə: ““Maşın şou” şou deyil…”

Meyxanaçı: “Yaşlı nəsil üçün indiki toylar maraqsızdır”
