adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
11 Iyun 2019 12:49
24085
MARAQLI

Karyerası - aktyorluq, peşəsi - təyyarəçi

Aktyor,müğənni, rəqqas və təyyarəçi - bütün bunlar hamısı «Şənbə günlərinin həyəcanı»və «Kriminal qiraət» filmlərinin qəhrəmanını oynayan kino ulduzu Con Travoltayaaiddir. Sənətçi bu barədə belə deyir: «İndiyədək bu məşğuliyyətlərdən hansını -kinoya çəkilməyi, yoxsa təyyarə sürməyi daha çox sevdiyimi heç özüm dəbilmirəm».

Con Cozef Travolta 1954-cu il fevralın 18-də ABŞ-ın Nyu-Cersi ştatınını Enqlvud şəhərində doğulub. İtaliyalı futbolçu və irlandiyalı müğənnininailəsində dünyaya gələn Con kiçik yaşlarından rəqs etməyi öyrənib. Rəqs etməyiqəlbən sevən və böyük səhnələrdə çıxış etmək arzusu ilə yaşayan Con 16 yaşındamüzikldə debüt etmək məqsədilə orta təhsilini yarımçıq qoyur. Məktəbdənayrılaraq əvvəlcə həvəskar truppalarda, sonra isə Brodveydə istedadını nümayişetdirir. Bundan əlavə, təyyarəçilik peşəsinə də yiyələnən Con 19 yaşında pilotlisenziyasını qazanır.

1977-ci ildə rejissor Con Bedhem 23 yaşlı Travoltanı «Bazar gecələrinin həyəcanı» filmində baş rola çəkilməyə dəvət edir. Film ABŞ-da böyük uğurla nümayiş olunandan sonra Conyaşıdlarının kumirinə çevrilir. Onun 1978-ci ildə çəkildiyi «Briolin»kinomüzikli daha böyük müvəfəqiyyət qazanır. Conun müğənni Oliviya Nyutonlabirlikdə oxuduğu duet mahnıları qısa müddətdə superhitə çevrilir. Həmin ilTravolta ilk dəfə təyyarənin sükanı arxasına keçir. O vaxt çoxlarına eləgəlirdi ki, Con aktyorluq sənətinin zirvəsinə qalxacaq, lakin Travolta onatəklif olunan «Zabit və centlmen», «Amerikalı jiqolo» filmlərində baş rollardanimtina edir. Həmin rollara çəkilən aktyor Riçard Gir isə kinoulduz olur.

Con Travolta təkliflərə biganəlik göstərdiyinə görə Hollivudda «persona non-qrat»a çevrilir. Onun haqqında müxtəlif şayiələr dolaşmağa başlayır: spirtli içkiyə aludə olması, naməlum sektanın təsiri altına düşməsi və s. xəbərlər yayılır. Con isə aktyor kimi diqqətdən kənarda qaldığı həmin dövrdə təyyarədə uçuşlar edirdi. 5000 uçuş saatı etmək, hətta peşəkar pilot üçün çox yaxşı göstərici sayılır. Buludlarda pərvazlanmaq, həqiqətən də həyatda insana çox gözəl anlar bəxş edə bilər.

Con Travoltanın kinoya möhtəşəm dönüşü 1995-ci ildə rejissor Kventin Tarantinonun «Kriminal qiraət» filmində çəkildiyi Vinsent Veqi rolu ilə oldu. Bu rola görə Travoltanın adı «Oskar» mükafatınanamizədlər siyahısına salınmışdı. Filmdən sonra Travolta yenidən məşhurlaşdı.Bir neçə durğunluq ilini arxada qoyan istedadlı aktyor sənət aləmində sürətliyüksəlişə nail oldu. Bununla belə, o, xoşagəlməyən xatirələrlə dolu Hollivuddadeyil, Floridadakı malikanəsində yaşamağı üstün tutur. Burada Con özünuntəyyarələri üçün xüsusi aerodrom da tikdirir. Onun ən sevimli təyyarəsi -Boeinq-400 Cumbo Cet sayılırdı. Travolta bu təyyarə ilə o qədər fəxr edirdi ki,hətta oğlunun adını bu təyyarənin şərəfinə - Cet qoymuşdu.

Travolta Kventin Tarantinonun məsləhətilə «Bəstəboyututmaq» kinokomediyasına çəkilir. Onun çəkildiyi sonrakı filmlər - «Sifətsiz»(1997) və «Əsas rənglər» (1998) böyük müvəffəqiyyət qazanır. Qeyd etmək lazımdırki, aktyorun 2000-ci ildən sonra çəkildiyi «Parol: qılınc-balıq» və xüsusilə dəfantastik «Döyüş meydanı: Yer kürəsi» kinosevərlər tərəfindən soyuq qarşılandı.

Travoltanın sözlərinə görə, kino onun üçün yalnızhəvəs və əyləncədir, təyyarə sürmək isə əsl peşədir. O özünü aktyor yox,təyyarə sürmək həvəsində olan pilot və eyni zamanda, Hollivudda kinoçəkilişində iştirak edən sadə ifaçı hesab edir.

Sonda qeyri-adi istedada malik olan Con Travoltanınkinoda qazandığı mükafatları qeyd etmək qalır. O, iki dəfə VAFTA-nın laureatıolub, bir dəfə «Qızıl qlobus» mükafatına sahib çıxıb, iki dəfə də onun adı«Oskar» mükafatına namizədlərin siyahısına düşüb. İstedadlısənətçini qarşıda daha uğurlu layihələr gözləyir.

HəsənTağıyev