Karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı oldu - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak edib.
Adalet.az xəbər verir ki, “Bakı Karton və Qutu Fabriki” MMC-nin rəhbəri Kamran Salmanlı dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən “Bakı Karton və Qutu Fabriki” MMC tərəfindən Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Burada 64 daimi iş yeri yaradılıb. Sənaye parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azadolmasından faydalanıb.
Qeyd edək ki, sənaye zonalarında sahibkarlığın inkişafını təşviq etmək məqsədilə rezidentlər üçün geniş güzəşt və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla – qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, həmçinin fiber-optik internet xətləri ilə təmin edilir. Eyni zamanda, rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumlarından azad olunur.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

