Karapetyan ev dustaqlığına buraxılacaq
Erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri dəyişdirilib.
Adalet.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Armen Feroyan məlumat verib.
Belə ki, onun barəsində həbs qətimkan tədbiri olaraq ev dustaqlığı və zaminə buraxılma qətimkan tədbiri seçilib. Bundan əlavə, Karapetyana girov da tətbiq edilib.
Xatırladaq ki, iyunun 18-də hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında “siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik” deməsi ilə əsaslandırılıb.
Qeyd edək ki, S. Karapetyan 4.5 milyard dollar sərvətə malikdir. O, Rusiyada sənaye və tikinti korporasiyası olan “Tashir” qrupun qurucusudur.
Digər Xəbərlər
30 Dekabr 2025 22:00
Gürcüstandan Rusiya vətəndaşlarına QADAĞA
30 Dekabr 2025 21:45
Avstraliyada qızıl həyəcanı
30 Dekabr 2025 21:23
Prezident Ofisinin yeni rəhbəri artıq bəllidir - Zelenski
30 Dekabr 2025 21:20
Aralıq dənizində güclü zəlzələ oldu
30 Dekabr 2025 20:40
Təyyarə qəzasını araşdırmaq üçün... - Rusiyadan AÇIQLAMA
30 Dekabr 2025 20:11
BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırdı
30 Dekabr 2025 19:37
İran Kanada Kral Dəniz Qüvvələrini terror təşkilatı kimi tanıdı
30 Dekabr 2025 19:11


Bakı -°C

