adalet.az header logo
  • Bakı -°C
30 Dekabr 2025 20:11
106
DÜNYA
A- A+

BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırdı

BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən qüvvələrinin əməliyyatlarını dayandırır.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik tərəfindən dərc edilən açıqlamada bildirilib.

Qeyd olunub ki, qərar mövcud vəziyyəti nəzərə alaraq, əmirliklərin öz təşəbbüsü ilə verilib. Bu qərar BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur.

Xatırladaq ki, daha əvvəl BƏƏ-nin Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, ölkə Səudiyyə Ərəbistanının təhlükəsizliyinə təsir göstərə biləcək hər hansı bir cəhddə iştirakı rədd edir. Qurum ölkənin Səudiyyə Ərəbistanının təsirini sarsıtmaq üçün heç bir regional cəhddə iştirak etmədiyini vurğulayıb.