adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2020 20:39
21739
ŞOU-BİZNES

Karantini Şabranda keçirən Oksana Rəsulova: “Rayon qızı olmuşam”

Koronovirus pandemiyası İrana gəlib çıxanda fikirləşdim ki, onsuz da Bakıda heç bir işim yoxdur. Atayurdum və məskənim olan Şabran rayonuna, anamın yaşadığı bağ evinə gəldim. Elə oldu ki, burada uzun müddət qalası oldum. Artıq 38-ci gündür ki, paytaxtdan kənarda, Şabrandayam”.

Oxu.Azxəbər verir ki, bunu hind rəqslərinin mahir ifaçısı və cazibədar aktrisa Oksana Rəsulova İTV-də yayımlanan "Gəl, qonaq ol!” əyləncəli proqramına "Skype” vasitəsilə qoşularkən deyib.

Aktrisa karantin günlərini ailəsi ilə birgə keçirdiyini bildirib:

"Ana olmağa hazırlaşdığım vaxtŞabrana gəlib, burada uzun müddətqalmışdım. Anamın və atamın yanında... Ailəm dəburadadır. Yeni layihələr, planlar haqqında düşünürəm. Etmədiyim şeyləri burada edirəm. Bizim böyük bağımız var. Ev işlərində anama, bağ işlərində isə atama kömək edirəm. Toyuqlara, cücələrə yem verirəm. Yemək bişirib, evyığışdırıram. Bir sözlə, rayon qızı olmuşam”.

Proqramın aparıcı Saleh Bağırovun O.Rəsulovaya ünvanladığı"Oğlunuz Osman haradadır?” sualına aktrisa belə cavab verib:

"Əgər oğlum Osmanla birlikdə buradan canlı efirə çıxsam, bir yerdə oturmayacaq. Birtəhər onun başını qatıb, sizinlə söhbət etməyə gəldim”.

Daha sonra aparıcının xahişi ilə cazibədar aktrisa hind mahnısının sədaları altında yoqa hərəkətlərini əyani sürətdə nümayiş etdirib.


Qeyd edək ki, ixtisasca ginekoloq olan 38 yaşlı Oksana Rəsulova üç dəfə ərdə olub. O, ikinci həyat yoldaşı - məşhur repçi Elşad Xosedənsəkkiz il öncə qalmaqallı şəkildə boşanıb. 2017-ci ildə gizli şəkildə yenidən ailə həyatı quran gözəl aktrisa2018-ci ildəOsman adlı oğlan övladını dünyaya gətirib.