adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Iyun 2017 17:12
22908
MƏDƏNİYYƏT

Kann mükafatı alan film prokata çıxır

Rus kinorejissoru Andrey Zvyagintsevin "Sevgisizlik” filmi bütün ölkələrdə prokata buraxılacaq.

Adalet.az rus mətbuatına istinadən xəbər verir ki, filmin prodüseri Aleksandr Rodnyanski Moskvada keçirilən mətbuat konfransında bunları deyib: "Film istisnasız olaraq bütün dünya ölkələrində satılıb. Ən əsası da odur ki, o, dünyanın bütün ölkələrində prokata çıxarılacaq”.

Onun sözlərinə görə, Zvyagintsevin filmlərinə dünyada maraq həmişə var, Kann festivalının iştirakçısı olan filmə isə bu maraq ikiqatdır.

Xatırladaq ki, bundan əvvəl "Leviafan” filmi Kann kinofestivalında mükafatlandırılmış Andrey Zvyagintsevin "Sevgisizlik” dramı bu il eyni festivalda jürinin xüsusi mükafatını qazanıb. Film böhran keçirən bir ailənin taleyindən bəhs edir.