adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2015 19:15
3363
MƏDƏNİYYƏT

Kanadada Natəvanın heykəli qoyulacaq

Yaxın vaxtlarda Kanadada Xurşudbanu Natəvanın heykəli qoyulacaq. Bu barədə məlumatı "Dirçəliş” Gənclərin Sosial Psixoloji Reablitasiya Mərkəzinin sədri İslam Baxşəliyev verib. Bildirib ki, heykəl Kanadanın Vaterleo şəhərində ucaldılacaq: "Heykəlin hündürlüyü 2 metr və  bürüncdən olacaq. Hazırda heykəl gildən hazırdır və bürüncə köçürüləcək”. İslam Baxşəliyev deyib ki, heykəlin açılış mərasiminin may ayında keçirilməsi nəzərdə tutulub.