Kamran Əsədov: Bu şərəfsizlikdir!
Siyasi baxışlarına görə bir azyaşlı qız uşağına qarşı hücum etmək şərəflszlikdir. Kiminsə atasının, anasının siyasi fəaliyyətinə görə bunu etmək əxlaqsızlıqdır.
Səbəbindən asılı olmayaraq, məktəbli bir qıza küçədə hücum edib, təhqiramiz söyüşlər söymək, fiziki zor tətbiq etmək, quldurluqdur, ağır cinayətdir.
Belə tendensiyaların yaranması çox təhlükəlidir. Buna qəti imkan vermək olmaz.
Burdan Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliy
Xidmətinə müraciət edirəm ki, belə başıpozuq, cəmiyyət üçün təhlükəli insanlara qarşı ciddi tədbir görülsün.
Edilən hərəkət siyasi mübarizə üsulu və forması deyil.
Əminəm ki, bu hərəkət cəzasız qalmayacaq və o şəxs elə bir cəza alacaq ki, hər kəsə, bundan sonra belə bir addım atmağa cəhd d edənə örnək olacaq.
O şəxsin ən ağır şəkildə cəzalanmasını xahiş edirəm.
Redaksiyadan: Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə açıqlamasında məlum hadisə ilə bağlı nazirliyin "102 Xidməti”nə müraciət daxil olduğunu bildirib: "Həmin yeniyetmə və anası Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə dəvət olunublar. Onların ərizəsi alınıb, araşdırma aparılır. Nəticədən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.
Digər Xəbərlər
18 May 2024 19:15
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - VİDEO - FOTO
18 May 2024 19:10Əlahiddə Ümumqoşun Orduda MAXE qəbulu elan edildi - ŞƏRTLƏR
18 May 2024 17:00İlham Əliyev və Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTOLAR
18 May 2024 16:12Prezident və birinci xanım “Ağalı” hotelinin açılışında - YENİLƏNİB
18 May 2024 14:40