Kamran Ağabalayev: “…dövlət niyə yenə kinoya pul ayırsın?"
Aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.
Adalet.az xəbər verir ki, o, Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) hər il vəsait ayrılsa da, o pulların kino sahəsinə xərclənmədiyini bildirib:
“İllər boyu filmlərə dövlət pul ayırdı... Amma ortaya nə çıxdı?Milyonlarla manat büdcə vəsaiti “kino inkişafı” adı ilə xərcləndi, amma nə tamaşaçı qaldı, nə də yadda qalan filmlər.Bizim kinomuz sanki xalqdan uzaq düşdü — ekranda nə özümüzü, nə də həyatımızı görürük. Əgər illərlə ayrılan bu qədər puldan sonra nəticə yoxdursa, indi dövlət niyə yenə kinoya pul ayırsın?Əgər sistem eyni qalacaqsa, nəticə də dəyişməyəcək.Kino sadəcə maliyyə layihəsi deyil, bir millətin mədəni güzgüsüdür.Pul rejissorun azad düşüncəsinə, gənc yaradıcı insanların səsinə, ssenarilərə getməlidir — yoxsa kabinetlərdə “hesabat filmlərinə” çevriləcək.Əsl kino azadlıqla yaranır. Dürüst, cəsarətli və xalqla danışan kino olmasa - nə qədər pul xərcləsək də, boşdur.Vallah ayrılmasın,ayrılmasın bilək ayrılmadı və heç kim yeməyəcək”
Qeyd edək ki, Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) 2026-cı il üçün vəsait ayrılmaması mədəniyyət cameəsində ciddi narazılıqla qarşılanıb.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
05 Avqust 2026 13:28
Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
05 Avqust 2026 13:15
AĞDAM TOYU - RƏMİŞ YANĞISI - VİDEO
05 Avqust 2026 12:09
OQTAY KAZIMİ: İLK bəstəkarım
05 Avqust 2026 11:43
“Həmin məscidlərin hamısı rus-erməni işğalı zamanı məhv edilib”
30 Iyul 2026 18:07
"44" bədii filmi üzərində işi yekunlaşdırdıq" - Anar Ələkbərov
30 Iyul 2026 10:10
Zəka Vilayətoğlu: "Dənizə Yağan Yağış" - VİDEO
29 Iyul 2026 15:11
Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
24 Iyul 2026 23:42


Bakı -°C

