adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Noyabr 2017 17:03
17858
ƏDƏBİYYAT

Kakalosun şair oğlu

Deyirlər insanqüruba qovuşan Günəş kimidir... Vaxtı tamam olanda haqq dünyasına qovuşur.Yaxşı insanların özlərindən sonra adları yaşayır. Şair-tərcüməçi Əhəd Muxtar (Əhədulla Qənbərov)60-cı illər nəslinin tanınmış nümayəndəsi, dəyərli insan kimi çoxlarınınyaddaşında yaşayır. O, 1937-ci ildə Azərbaycanınmirvarisi sayılan Astara rayonunun Kakalos kəndində doğulub. 1960-cı ildə AzərbaycanPedaqoji İnstitutunun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

Şairin vəfatı iləbağlı Azərbaycan Yazıçılar Birliyinin vaxtilə imzaladığı nekroloqdan sətirlər:

"... ƏhədMuxtar ali məktəbi bitirib, bir müddət başqa sahələrdə çalışsa da, sonralar"Ulduz" ədəbi jurnalında ədəbi işçi, şöbə müdiri və məsul katib kimiişləmişdir. Ömrünün son illərində "Azərbaycan" jurnalında və "Şəhriyar"qəzetində çalışırdı. Həddindən artıq işinə, sənətinə bağlı adam idi. Zəhmətsevəridi.

İlk kitabı "Şəfəq seli" 1969-cuildə çap olunmuşdu. "And iç", "Salam insanlar", "Qönçələraçılır", "Doğmalıq", "Dünya yaman dünyadı" və başqaşeir kitablarının müəllifidir.

Əhəd Muxtarömrünün çox hissəsini tərcüməçiliyə sərf etmişdi. Georgi Markovun"Sibir" romanını, Narmurad Nərzullayevin "Məhəbbətdəndoğulmuşam" şeirlər kitabını, Təşli Qurbanovun "Barı gül" povestvə hekayələr kitabını, Zdenek Pluqrajın "Gümüş pul" romanını, V.Hayfun "Nağıllar"ını, B. Prusun "Firon" romanını, İ.Mojeykonun "Yeddi və otuz yeddi möcüzə" əsərini və s. Azərbaycandilinə məharətlə tərcümə etmişdir. Adları çəkilən tərcümə əsərləri oxucuların rəğbətiniqazanıb".


Nekroloqda qeydedildiyi kimi, Əhəd Muxtar ömrünün çox hissəsini tərcümə işinə həsr etmişdi. O,rus dilində təhsil almasa da, bu dili hələ tələbəlik illərindən müstəqil şəkildəöyrənmişdi, incəliyinə kimi bilirdi. Tərcümə etdiyi əsərlərdə də dilimizinçalarları olduğu kimi görünürdü. Ona görə də tərcüməsindən çıxmış əsərləroxucular tərəfindən rəğbətlə qarşılanırdı.

...Mən Kakalosda olanda anladım ki, bu kəndinadına şərəf gətirən neçə-neçə dəyərli övladları olub. Onlardan biri də zənginyaradıcılıq yolu keçmiş şair-tərcüməçi Əhəd Muxtardır. Onun bir çox şeirlərindənKokolosun gözəl təbiətinin ətri gəlir. O yazıların rişəsi bu kəndin torpağındanpərvəriş tapıb. O, Kakalosun füsunkar təbiətini, insanlarının qonaqpərvərliyinişairanə dillə tərənnüm edib. Şair şəhər havasında sıxılanda nəfəsini kəndin səhərhavasına qatıb. Şeirlərini oxuduqca hər misranın, hər bəndin arxasında şairinürək döyüntülərini, qəlb çırpıntılarını asanca duymaq mümkündür.

Əhəd Muxtar həyatda olduğu kimi, şeiryaradıcılığında da səmimidir. Fikirlərində, zərif duyğularında, incə hisslərindəbir həzinlik, həyatsevərlik və insansevərlik duyulur. Elə bu misralar da şairinqəlbinin ən dərin guşələrindən süzülüb gəlib.Şair bu şeirində də bütövlükdəhissin, duyğunun, kökləndiyi ovqatın obrazlı mənzərəsini yaratmışdır:

Torpağa nə qədərbudaq sancmışam,

Hamısı böyüyübağac olubdu.

Mənim becərdiyimneçə qovaq, şam

Yorğun yolçularakölgə salıbdı...


Bir gün yeraltında olarsa yerim,

Üstümdə ağac-zadəkməyin ancaq -

Mənim qələmtutan şair əllərim

Torpaqdan göyəribağac olacaq...

... Kakalosdaolanda günəşli və gözəl bir gün idi. Belə bir gözəl gündə görüşdüyüm, həmsöhbətolduğum insanların Əhəd Muxtar haqqında sözü-söhbəti, şirin xatirələri günəşin zərrin şəfəqləri kimi qəlbimiisindirdi, könlümə hərarət bəxş etdi. Məhz həmyerlilərinin şairə olan sevgisi(mənə elə gəlir ki, insanın öz həmkəndliləri tərəfindən bu cür məhəbbətləsevilməsindən böyük mükafat ola bilməz), ehtiramı - bu istilik -işıq, bu nur şairin haqqında yazmağa uca könüldən səslədi məni... Onunsadəliyi, xeyirxahlığı və təmənnasız yaxşılıqları haqqında ürəkdolusudanışırlar. Onun üçün insani dəyərlər də, qohumluq bağları da önəmli idi. Şairi el-obasına, qohumlarına, əzizlərinəsevdirən də elə o cəhətləri olub.

Dəfələrlə rast gəlmişəmki, elə şairlər var, öz el-obasında heçtanınmır. Amma tale Kakalosun şair oğluna öz el-obası, həmyerliləri tərəfindənbir ziyalı, bir şəxsiyyət kimi sevilmək qisməti nəsib etmişdi. O, Bakıda yaşayıbyaratsa da, doğma kəndinə bağlı insan idi. Canından da artıq sevdiyi ana kəndinətez-tez gələrdi. Meşənin, dənizin vurğunu idi. Təbiətin gözəllikləriniheyranlıqla seyr edər, quşların səsini, suların zümzüməsini dinləməkdəndoymazdı. Bu gözəlliklər qoynunda xatirələriyada düşərdi, qayğısız uşaqlıq illəri kino lenti kimi gözləri önündən gəlib keçərdi.

Şairin yaxındostu Mehman Qaraxanoğlunun "Xatirələrin qurbanına çevrilməyən şair"sərlövhəli yazısında Əhəd Muxtarın doğulduğu kəndə sidq-ürəkdən bağlılığını çoxorijinal şəkildə oxuculara çatdırmışdır:

"... əminlikhissi ilə deyirəm ki, tanıdığım yazı adamlarından heç biri Əhəd Muxtar qədər kəndəcan atmırdı, olur ki, kimisə kəndin yayı çəkir, kimisə payızı, toyu, yası çəkir,onu isə bu görünənlərdən savayı təkcə ona, bir də Allaha bəlli olan mübhəm birsirr çəkirdi və şairin uyuduğu qədim kənd qəbiristanlığından cəmi bir neçə milaralı yaşasam da, bu sirrin nədən ibarət olduğunu özümçün ayırd edə bilmirəm vəən qəribəsi oydu ki, o, kənddə olarkən məni də - bütün ömrü boyu kənddə yaşayanbir adamı da sanki kəndə çəkirdi".

Gücü-qüvvəti butorpaqdan aldığına görə öz el-obasının adına, şərəfinə layiq ömür yaşayıb. Vətənməhəbbəti, həyat eşqi, torpağa bağlılıq onun şeirlərinin qayəsini təşkiledir. Sağlığında Kokolosu unutmayanşairin, rəhmətə gedəndən sonra da Kakalosun unutmadığı insan kimi adı ürəklərdəyaşayır.

Bu kənddə həmsöhbətolduğum insanlar Əhəd Muxtarın nəcib insani keyfiyyətlərindən ağızdolusudanışır, işıqlı fikirlərindən söz açırdılar. Qəlbində nur, işıq olan bir şairinhaqqında onu sevənlər kövrələ-kövrələ, gözləri yaşla dolu danışırlar. Kakalosdahər evdə, hər ocaqda onun şeirlərini duyan tapılar. Amma Zahir müəllimin (ZahirRzayev - şairin bacısı oğlu) Əhəd Muxtarsevgisi bir yazıya sığan deyil. Onun ürəyində Əhəd Muxtarın ayrıca yeri var.İşi, vəzifəsi ədəbiyyatdan uzaq olsa da, şeirin, sözün vurğunudur. ƏhədMuxtarın özü və sözü haqqında saatlarla danışmaqdan doymur. Deyir ki, şeirləriruhuma o qədər yaxındır ki, cazibəsinə düşəndə ayrıla bilmirəm.

Şairdən yadigarqalan nə varsa (haqqında yazılmış qəzet məqalələrindən tutmuş rəflərdə ömr edənkitablara qədər), Zahir müəllim göz bəbəyi kimi qoruyur. O, Əhəd Muxtarı təkcədoğma dayısı kimi deyil, həm də şeirləri oxucuların qəlbinə yol tapan bir şairkimi daha ehtiramla xatırlayır. Sankişairin ömrünün hər gününü yaddaşında yaşadır, könül gündəliyinin səhifələrindəyazıb, əhədsevərlərə ərməğan edir. Onu xatirələrin işığında belə yaşadır:

- İndi haqq dünyasında olsa da, illər arxadaqalsa da onunla hər görüşüm bu gün də gözlərim önündə canlanır. Əhəd Muxtarıngözəl boy-buxunu, yaraşıqlı qədd-qaməti, parlaq istedadı vardı. O, böyükləböyük, kiçiklə kiçik - uşaq kimi rəftaredirdi. Ürəyinin təmizliyi, qəlbinin saflığı onu tanıyanlara sevdirmişdi. Sadəliyivə təvazökarlığı da onu doğma kəndinin adamlarına sevdirən uca keyfiyyətlərindənbiri idi. Xalqını, el-obasını canından artıq sevirdi. Amma bu sevgininqarşılığında heç bir təmənna ummurdu.

Talış dilindəyazdığı nəğmələri və şeirləri Əhəd Muxtar yaradıcılığının çox az bir qismini təşkiledir. Amma o şeirlər və nəğmələr Astarada çoxlarının dillərində əzbərə dönüb.Bu nəğmələrdəki ahəngdarlıq və musiqililik də yaddaşlarda əzbər qalmasındaböyük rol oynayır. Misraların axıcılığı ilə populyar nəğmə mətnlərinixatırladan "Kakalos bülbülləri" şeiri də bu baxımdan maraq kəsb edirvə həzin bir musiqi ahəngini özündə əks etdirir:

Qış haqlımı, yazhaqlımı bilmirəm,

Toy haqlımı, yashaqlımı bilmirəm.

Sevinc bizəyasaqdımı, bilmirəm,

Qəm yeyirik axıhaçandan bəri,

Kakalos bülbülləri...

Zahir müəllimidinlədikcə içindəki ağrıları, keçirdiyi hissləri duymamaq olmur. Elə ƏhədMuxtar haqqında yazarkən ürəyim bu duyğuya kökləndi. Həm də Zahir müəlliminsözü-söhbəti Əhəd Muxtarın kimliyini bir insan kimi tanımaqda mənə kömək etdi.İndi Astaranın mərkəzi küçələrindən biri şair Əhəd Muxtarın adını daşıyır.Zahir müəllim də böyük qürur hissi ilə dayısının adı verilən küçədə yerləşənidarədə çalışması ilə fəxr edir.

...Bunları düşünəndəƏhəd Muxtar poetik duyğuları, vüqarlı görkəmi, şair təbiəti ilə gəlib dayanırgözlərim önündə. Yaxından ünsiyyətim olmasa da yeniyetməlik çağlarımda ƏhədMuxtarı tanıyırdım. Dəfələrlə Yazıçılar Birliyində şair və yazıçıların əhatəsində deyib gülən, şahmatvə nərd oynayan zaman, ədəbi polemikalar edən zaman şən əhval-ruhiyyədəgörmüşdüm. O həm də gözəl məclis adamı idi. Qələm dostları ilə birgə keçirilənməclislərdə, toy şənliklərində, çay süfrələrində mənalı və məzmunlu sözü- söhbətiilə diqqəti çəkirdi. Həm də ucaboylu olduğundan adamlar arasında daha tez gözədəyirdi, daha tez seçilirdi.

Onun haqqındaçoxsaylı xatirələr yazılıb. Əhəd Muxtarı yaxından tanıyanlar, onunla birgə işləmişhəmkarları şairi yaxşı bir insan kimi xarakterizə edirlər. Xalq yazıçısı MövludSüleymanlının təbirincə, "Desək də, deməsək də yaddaşımızın dərinliklərindəyaşamaqdadır", Xalq şairi Sabir Rüstəmxanlının "Əhəd Muxtar sözün əslmənasında ciddi ədəbiyyat adamı idi, taleyi sözə bağlıydı, ömrü boyu bu yolaxidmət etmiş, öz dediyi kimi ədəbiyyatın qara fəhləsi, külüng vuranıolmuşdu", Sevimli şairimiz Musa Yaqubun "Əhədin söz üstündə möhürüvardı", - kimi sanballı fikirləri Əhəd Muxtarın orijinal yaradıcılığındanvə zəngin həyat təcrübəsindən xəbər verir.

Professor KamilVəli Nərimanoğlu öz xatirələrində çox incə bir məqama toxunaraq qeyd edir ki,Əhəd Muxtar gözəl şair idi. Poetik tapıntılarının incəliyi onun zahiri rəsmiyyəti,bir az da ilk baxışdan quruluğu arasında qəribə bir ziddiyyət vardı. Vidadizarafatla: "Ay Əhəd, adam heç inanmır ki, bu zərif təşbeh və kövrəkduyğunu sən yazmısan". O, gülümsəyib "İnanmasan yaxşıdı. İnansan şeiradiləşər", - dedi.

İnsan vəinsanlıq adına yazılası ülvi hisslərlə yaşayan şair...Əhəd Muxtar Kakalosunsevilən oğlu olub və onun şərəfli adının üstündən şərəf gətirən, bu kəndinadına yazdığı şeirlərlə Azərbaycanda tanınmasında xidməti olan şairdir. Onun yazdığı parodiyalar o zaman ədəbiictimaiyyət tərəfindən maraqla qarşılanırdı.

Kakalosdabir Mədəniyyət Evi var. Qərib duyğuların soyuqluğundanqübarlaşan, üşüyən bir ev. Əhəd Muxtarı bir zamanlar bu mədəniyyət ocağınaaparan yollar uzaqlaşsa da, içərisindəƏhəd Muxtar ünvanlı xatirələr yer alıb. Elə bu səbəbdən də yolumuzu Kakalos kəndindəyerləşən Mədəniyyət Evindən saldıq. Orada muzey eksponatları üçün ayrılmışgeniş və işıqlı otağa göz gəzdirərkən Əhəd Muxtarı qədirbilənliklə yad edən Mədəniyyət Evinin müdiri FərbiyəŞabanova dedi:

- Muzeyimizdə ƏhədMuxtara həsr olunmuş guşə də var. Orada şairin foto-şəkilləri və kitabları yeralıb.

Doğrudan dayaxşılar unudulmur!.. Şairin kitablarında toplanmış şeirləri, o kitabların səhifələriniçevirdikcə duyulan qoxu bir daha Əhəd Muxtarı gözlərimiz önündə canlandırır.

...Doğru deyiblərki, şairi özündən sonra sözü yaşadır. Dünyanın cənnətməkan diyarı kimi tanınanAzərbaycanda bir kənd var. Torpağı cənnət qoxuyan Astaranın Kakalos kəndi. O kəndinqəbiristanlığında Əhəd Muxtar kimi bir şair də uyuyur. Poeziya gülşənində sözəqüdrət verən, öz şeirlərində azərbaycanlı ruhunu yaşadan bir şair.

Kakalosun şairoğlunun haqqındakı duyğu-düşüncələrimi özünün yazdığı "Şair ömrü" şeiri ilə tamamlayıram:

Günəş şəfəqlidirşair baxışı,

Bir yerdə ilişibdayanmaz heç vaxt.

Bu ulu dünyada nəvarsa yaxşı,

Onun nəzərindənyayınmaz heç vaxt.


Mizan tərəzidirşairin gözü,

Oyular, dəyişməzhaqqı nahaqqa.

Yanarocaq kimi, qalanar közü,

İstisibəs edər bütöv bir xalqa!


Birahənrübadır şair ürəyi,

Heyçəkər özünə dərdi-qəmi o.

Dargündə həmişə olar gərəyin,

Xoş gündə yoxolar ilğım kimi o.


İlıq təbəssümləaşar üfüqü,

Hər səhər Günəşləbirgə oyanar.

Batandan sonrada qızıl şəfəqi

İnsan taleyində,gözündə yanar...


Bu şeirioxuduqca nəcib və həssas qəlbli Əhəd Muxtarın heç kəsə bənzəməyən xarakteri, onu sevənlərinyaddaşında yaşayan poetik yaradıcılığı, şairanə təbiəti, şair obrazı gözlərimizönündə canlanır. Kakalosun unudulmaz şair oğlunun ruhuna Allahdan rəhmət diləyirik.Yaşasaydı, bu günlərdə 80 yaşı olacaqdı...