Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdırılıb.
Adalet.az-ın APA-ya istinadən məlumatına görə, məhəllənin 4 kvartalında 26 bina, 456 mənzil və 328 qeyri-yaşayış obyekti inşa edilib.
Mədəniyyət mərkəzinin tikintisinin isə bir il ərzində tamamlanması planlaşdırılır.
Ümumilikdə 27,6 hektar ərazini əhatə edən “Azərbaycan məhəlləsi”ndə 68 yaşayış binası olmaqla 1194 mənzil, 1595 qeyri-yaşayış obyekti, ibtidai məktəb, uşaq bağçası istifadəyə verilib
Qeyd edək ki, 2023-cü il aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının təməli qoyulub. Layihə ilə bağlı əməkdaşlıq sazişi isə 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb.
2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı keçirilib.
2025-ci il iyunun 19-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin rəsmi açılışı olub və mənzillərin açarları sakinlərə təqdim edilib.
İnşası başa çatdırılan digər mənzillərin isə fevralın 6-da təqdim edilməsi nəzərdə tutulur.
Digər Xəbərlər
03 Aprel 2026 17:16
Mina axtararkən həlak olan ANAMA əməkdaşı təltif edildi
03 Aprel 2026 17:04
DTX-də təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olundu - VİDEO
03 Aprel 2026 16:41
Bu şəxslər cinayət məsuliyyətindən azad oluna bilər
03 Aprel 2026 16:31
" Azəriqaz" abonentləri soymaqda davam edir...
03 Aprel 2026 15:00
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
03 Aprel 2026 13:40
“Azərsun Holdinq” gənclərə dəstəyini davam etdirir - FOTOLAR
03 Aprel 2026 12:05
“Bu modelin beynəlxalq səviyyədə yayılmasının əsas səbəbi...”
03 Aprel 2026 11:46


Bakı -°C

