adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Avqust 2014 12:16
11017
ƏDƏBİYYAT

Kağız Siqaretlər - Hekayə

Qadını diqqətlə dinləyirdim, o da bunu hissedirdi. Bu hissetmənin sevinci üzündəydi. Üzündən oxuyurdum ki, bu qadıniçindəkiləri danışmağa kimiysə axtarırmış və məni tapmağından çox məmnun idi.

Çünki ömründən danışdığıparçalar ürəyimi elə ağrıdırdı ki, yaşlar gözlərimdən qadının kədərinə axırdı.Məndən qadına iki duzlu yaş yolu uzanırdı.

-Elə üzünüzə baxan kimibildim ki, məni dinləyib, nəsə məsləhət verə biləcəksiniz. Çünki mənim indi hər şeydən də çox ağıllı bir insanın məsləhətinə böyükehtiyacım var- qadın dedi.

İstədim deyəm ki, mən ağıllı deyiləm axı. Ətrafımdakı insanlar məni dəli bilirlər vəhətta dəli də deyirlər. Amma susdum, qadının umudlarını qırmaq istəmədim.Əslində heç onun umud adlandırdığına umud da demək olmazdı...Onlar qırılmış,sınıq-salxaq qadın xəyalının tör-töküntüləri idi. Anidən ürəyim sıxıldı vəsancdı. Hiss elədim ki, əllərim uyuşur və dodaqlarım buz kəsir. Birtəhər səsiminizamladım:

-siqaretin olmaz?

-siqaret çəkirsiz?

-yox, amma uşaqlıqdaqəzetin qırağından kəsib qardaşlarımla guya siqaret çəkərdik. Sonra anam gördüvə çəkdiyimiz kağızlarla barmaqlarımızın ucuna dağ basdı. Böyüyəndən sonraqardaşlarımın hamısı siqaret çəkdilər, amma and içirəm ki, mən bir dəfə dəsiqaret çəkmədim. Heç qardaşlarım öləndə də çəkə bilmədim. Çəksəydim anam heçnə deməzdi də....susdum.

Qadın duruxdu və tez də özünü ələ aldı:

- Çantamda qəzet var,istəyirsən kibrit tapım yalançı siqaret çəkək...

-Həəəəəə....uşaq kimisevindim. İndi uşaqlığımın o gözəl günlərinin kağız tüstüsündə bu qadını dahagözəl dinləyə biləcəkdim.

Qadın bir göz qırpımında kibrit tapıb gətirdivə biz bu köhnə parkın rəngi getmiş skamyasının üstündə qəzetin qırağını cırıb, siqaret kimibükdük.Yalançı siqaretlərimizi yandırıbbəh-bəhlə sümürəndə, ikimiz də birdən öskürdük, öskürdük və gülməyəbaşladıq. Mən artıq skamyanın üstünə uzanıb uğunurdum, qadın da başımın üstündədayanıb mənə baxırdı. Deyəsən indi anlamağa başlayırdı ki, dəliyə rast gəlib.Amma bu dəli ona çox doğma gəlirdi deyə, məsləhət üçün başqa adama dərdinidanışmaq fikri görmürdüm gözlərində.

-Hələ qəzet böyükdü. Səhərəqədər siqaret çəkə bilərik -qadın güldü.

-Uyyy daaa, dedim, bu ki,əladı. Gəl indi də uzun siqaret bükək. Elə uzun olsun ki, bir ömür çəkək, çəkəkqurtarmasın. Amma anam bilsə, yaxşı olmayacaq.

-Anana kim deyəcək ki?

-elə özüm. Bilirsən necəağzıyırtığam.

-Doğurdan?

-Bəs necə? amma bircə anamadeyirəm sirlərimi, daha heç kimə. Heç bacıma da demirəm.

-Bu ki, əladır.

-Onda başla.

-Bayaq başlamışdım daa.

-Hə ərin sənə xəyanət etdi.

-Hə onsuz da onu sevmirdim,məni zorla qaçırtmışdı. Bilirdi ki, sevməyəcəm onu, heyvannan heç nəyi iləfərqlənmir.

-Bu sözləri onun haqqında obiri saxladığı qadınlar da deyir.

-O qadınlara pul lazımdı,neynirlər bu heyvanı.

-Sənə pul lazım deyil.

-Lazımdı, o evə çoxlu pulverir. Bəs uşaqları necə saxlayaram, heç yerdə də işləmirəm, heç işləyə dəbilmərəm.

-Sonra?

-Sonrası odur ki, mənim özsevdiyim olub. Həm uşaqlıq, həm gənclik sevgim olub. İndi 10 ildən sonra mənitapıb. Xəstədir, xərçəng...mədəsində.

-Mənim kimi...

-ahh siz də?

-Burda nə var ki? İndi hamıxərçəngdi...

-vayyy çox pis oldum.

-işində ol, necədi siqaret?ləzzət edir?

-Hə, əladır, innən sonraçəkəcəm.

-Çox sağ ol, sənolmasaydın, mənim də yadıma düşməzdi.

-Həə, xərçəngə görə təəssüfedirəm...amma sizdən bir məsləhət almaq istəyirəm.

-Buyur.

-Bizim heyvan pulununsayını bilmir, o evə gəlib yatanda mən onun cibindən pul oğurlayıb, xərçəngsevgilimin müalicəsinə xərcləyirəm.Demək istəyirəm ki, sizcə bu günahdı?

-Nə günah, əşşi əcəbedirsən- dedim. Amma utandım deyəm ki, əgər o heyvanın pulu çoxdursa, mənə dəoğurla ver. Axırıncı ximya terapiyaya gedə bilməmişəm pulsuzluqdan. Di gəl,deyə bilmədim, qürurum yol vermədi...

-Mən dəli də elə bilirdimgünah edirəm.

-Günah-zad etmirsən, əcəbedirsən. Onsuz da o heyvan pulları küçə qadınlarına xərcləyir, amma sən xeyiriş üçün edirsən.

-Həəə, düz deyirsən-qadınsevindi.

-Əgər o heyvanın cibindənartıq pul oğurlasaya bilsən, bir nəfər də mən tanıyıram, ona da kömək edək.

-Sevgilindi?

-nəəə…??? yox əşşi,mənimanadangəlmə sevgilim-zadım olmayıb.

Qadın məni acı-acı süzdü:

-Heç sevməmisən?

-Yoxxxx…sevmək dəistəmirəm, amma məni sevirlər. Hiiii

Gülüşüm qadını kövrəltmişdi. Bilirdi ki, yalandan gülürəm.

- Əgər artıq oğurlasam,dediyin adama da kömək edəcəm.

-Əgər oğurlasan? yaxşı..

-mütləq, mütləq...qadıngülümsədi və diqqətlə gözlərimə baxdı.

-çox ağrıdır?

-nə?

-xərçəngi deyirəm də.

-Yoxxxx əşşi, dostlaşmışıq,gizli-gizli yeyir içimi, ağrıtmağa utanır.

-Amma sevgilimin çığırtısıyerə-göyə düşür. Həkim deyir bir aydan çox yaşamayacaq. Üzür istəyirəm, sizAllah bağışlayın, sizə neçə vaxt qoyublar? Yəni nə vaxt bitəcək?

-Hmmm, ömürlük...

-necə yəni?

-Nə qədər yaşasam, o qədərdə. Bu, bir ay da olar, iki ay da olar. Yənimənim ömrüm nə qədərdisə. Hiiiiiii

Qadın dediyimi anladı və yazıq nəzərlərlə mənəbaxdı:

-Deyirsiniz, günah etmirəmdə.

-Əlbəttə, etmirsiniz. Birdə maraqlıdır, nə əcəb məsləhəti məndən aldınız, başqa adam tapmadınız deməyə?

-Yox, bu parkı süpürən nənədedi mənə. Dedi ki, din adamısınız, fikirləşdim ki, günahı-savabı siz yaxşıbilərsiniz.

-Demək belə, süpügəçinənə...Həəə bütün süpürgəçilər və tumsatanlar mənim dostlarımdı...hiii hiiiihiii

Siqaretlərimiz şərqarışanda sönmək üzrə idi. Elə bil həryerdən his qoxusu gəlirdi. Lap kövrəldim, gözlərimin dolduğunu qadındangizlətmək üçün başımı aşağı dikdim. İki damla göz yaşı nimdaş mantomun üstündədığırlanıb yerə düşdü. Bu qoxunun həyatımın ən gözəl qoxusu olduğunu anladım vəqardaşlarımdan ötrü burnumun ucu göynədi. Ahhh..

Qadın qəzetin qalan parçasını büküb ovcumaqoydu:

-Daha mən gedim, aradagələrik siqaret çəkməyə.

-Hə çəkərik, get...sevgilin indi səni gözləyir.

Və çoxdanın dostları kimi qucaqlaşıb ayrıldıq.Qadın getdi. Əlimdəki qəzetdən yenə bir parça siqaret bükdüm, amma kibrit yox idi,qadın kibriti də aparmışdı.