adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Aprel 2019 19:37
12293
ƏDƏBİYYAT

Kafkanın yeni əsərləri üzə çıxdı

Frans Kafkanın çap olunmamış əsərləri işıq üzü görəcək.

İsveçrənin Sürix şəhərindəki bölgə məhkəməsinin qərarına əsasən əlyazmalar İsrail Milli Kitabxanasına göndəriləcək.

Təhqiqatçılar Kafkanın ölümündən sonra nəşr olunan bəzi əsərlərin son variantlarının da həmin əlyazmaların içərisində olmasını güman edirlər.

Kafkanın ölümündən sonra dostu Maks Brod onun bir sıra əsərlərini çap etdirsə də, başqa əlyazmalarını katibəsi Ester Hoffeyə vermişdir. Bu isə İsrail dövlət rəsmiləri və Hoffenin mirasçıları arasında böyük məhkəmə çəkişmələrinə səbəb olmuşdu.