adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Oktyabr 2016 15:03
24482
ƏDƏBİYYAT

Kafkanın qatili kimdir?

Turalİsmayılovun "Kafkanın qatili" hekayəsi haqqından düşüncələr

Səhərişə getmək, corabın itmiş tayını axtarmaq, taksilər tərəfindən zəbt olunmuşdayanacaqda avtobus gözləmək nə qədər ağır olsa da, mən işə getməliyəm. Ona görəki, məni ayın sonunda sevimli kredit borclarım, unutmadığım kommunal xərclər və s. başqa bu kimi qayğılar gözləyir.Hələ ailə qayğılarını, vətəndaş mövqeyimindən doğan missiyamı demirəm.

Bütün yorucu, üzücü və ümidsiz günlərimin bir təsəllisivar: "oxumaq". Mahnı yox, şeir, hekayə, bəzən də əhvalımdan asılıolaraq roman oxumaq.

Ötəngün belə bir təsəllim Tural İsmayılovun "Kafkanın qatili" adlı hekayənioxumaq oldu. Bir finca çay, iki dilim Lənkəran limonu ilə bu hekayəni oxumağabaşladım. Düzün desəm bir az yorğun idim və yuxu ehtiyacım məni lap uşaq kimi təntitmişdi.Amma bu hekayəni oxudum. Və nə yaxşı ki, oxudum. Kafka mənim aləmimdə nə qədərciddi və qaşqabaqlı idisə, bu hekayəni oxuduqdan sonra onu daha səmimi, dahamülayim və şən gördüm. Bu müsbət enerji məni daha da ruhlandırdı, necə deyərlər hekayə haqqında düşüncələrimiyazmağa sövq etdi.

Məişətqayğılarından cücərən gündəlik tələbatlar ürəyimdə nar kimi sıxılsa da, gözlərimdənyaş kimi axsa da, mütaliə etmək həvəsim məni həyata bağlayır. Mənə elə gəlirki, hekayəni həm də Kafkanın arzuları da adlandırmaq olar. Çünki bu hekayədəbir istək, bir məram, bir mesaj var. Sadəcə onu oxuyub , duymaq gərəkdir.

Cəmiyyətinaxsamasında bir kitabsızlıq, bir mütaliəsizlik, bir cahillik olduğu kimi, həm dəbunları vurğulayan ağıl sahiblərinə qarşı laqeydlik də durur. Tural İsmayılovda öz hekayəsində bu kimi məsələlərə toxunmaqla öz yazmaq funksiyasını yerinəyetirmiş olur. Kitab oxumağın faiz dərəcəsi nəqədər skeptik görünsə də, bir o qədər də utopik məna daşıyır. Məhzbu səbəbdən kitab oxumağın faydası haqqında yazmaq, onu təlqin etmək çox zəruridir.

"Kafkanınqatili" hekayəsində cəmiyyətə çağırış, oxumağa dəvət və buna ehtiyacolduğu görülməkdədi. Hekayənin süjet xətti əvvəldən sona kimi dövrün aktualproblemləri üzərində qurulub. Sosial bərabərsizlik, kapitalizmin mənəviböhranı, təfəkkürün bulanıqlığı hekayənin əsas məğzidir. Bütün bunların fonundahekayə çox rahat və asan bir dildəyazılıb. Zəkanın aydınlığına və ruhun dincliyinə zəmanət verilir. Məhz buna görəhekayəni oxumağı həm də mənəvi dinclik hesab edirəm.

Gözümün önündən25-ci kadr kimi keçən və mənəvi cəhətdənkövrək notlara köklənən, hekayədən bir parçanı oxuyuram: "Bir ay əvvəl idi. Son günlər qəribəhiss edirdim özümü. Hər gün başım ağrıyırdı, əvvəl elə bilirdim ki, nəsə pisbir xəstəliyə yaxalanmışam və başımda nəsə şiş var. Amma bir təhər qonorarıtoplayıb həkimə getdim və sadəcə yuxusuzluq və əsəbdən doğan bir narahatlıqkeçirdiyimi qeyd etdilər. Amma hiss edirdim ki, mən nələrsə edirəm vəxatırlamıram."

Gününsonunda yağışın pıçıltıları məniuzaqlara aparırdı. Buludların ahuşundaözümü bir boşluqda, bir naməlumluqda hiss edirdim. Elə bu səbəbdən hərarətim dəqalxmışdı bir az. Tural İsmayılovun təfəkkürününməhsulu məni bir xeyli heyrətləndirdi. Məişət qayğılarını bütün çılpaqlığı iləqələmə alan gənc yazar həm də özlüyündəbir neçə suala da cavab axtarırdısanki. O suallara ki, cavabını min illərdibəşər övladı axtarır. "Mən kiməm?" "Mənim yerim hardadı?""Mövcüdat nədir?" tipli suallar nə qədər çaşdırıcı olsa da, bir o qədərəhəmiyyətli suallardı. Çünki biz yaradılışın o üzündəki bizi və yoxluğun buüzündəki onları həmişə düşünmüşük. Ötən əsrinmüharibə burulğanından ədəbiyyat da ağır yaralarla ötüşdü. Bəzən bu yaralar yenidünyaların yaranmasına gətirib çıxardı."Kafkanın qatili" hekayəsində də yaraların sağalmasına birümid, bir inam var. Bu ümid, bu inam hekayədə əvvəldən axıra kimi bir xətt üzrəinkişaf edir. Yeni dünyaların yaranması hallarının labüdlüyündən, zərurriliyindəndanışılır.

Bu hekayənioxamasaydım düşünərdim ki, adi məişət qayğılarından qurtulmaq olmaz. Amma buhakayə məni nəinki adi məişət qayğılarından, həm də mənəvi yorğunluqdan, qərarsızlıqdan,ümidsizlikdən xilas etmiş oldu. Mən bu xilaskarın yeni hekayələrini oxumaq,yeni dünyaları kəşf etmək həvəsinə düşdüm. İndi mənə ümid verən hekayələr sırasına Tural İsmayılovun yazmış olduğu"Kafkanın qatili" hekayəsi də daxil oldu. Nə yaxşı ki, bu hekayə"ümidverici" "inandırıcı" oldu. Yoxsa mən bu hekayənioxumuş olduğum zamanın qarşısında yenə çarəsiz və üzüqara olardım. Zaman isəgeri qayıtmır. Geri qayıtmayan isə heç vaxt bizim deyilmiş demək. Məhz buna görəmüəllifin ünvanına bir təşəkkür yazmaq istədim. O təşəkkür ki, hələ bir azutancaq, bir az da solğun görünür. Hər halda oxucu təşəkkürünün böyüklüyü də məhzmüəllifin oxunaqlı olmağından asılıdır. Bu mənada Tural İsmayılov gənc olmasınabaxmayaraq, oxunaqlıdı. Mən bunu bir gənc oxucu kimi həm də məsuliyyətimlədeyirəm.

İşıqlı sabahlargecələrdən keçir. Gecələr olmasa sabahlar da olmaz. Odur ki, "Kafkanınqatili" hekayəsində qaranlıq olmasa, işıq da olmaz. Ölüm olmasa, həyat daolmaz. Bütün bunlar nə qədər fəlsəfi yük daşısa da, bir o qədər məlum və aydınməsələlərdi.

Kitab oxumağın nələrdənsə"çıxış" yolunu olduğunu göstərəngənc yazar hekayədə əsl cinayətin nə olduğunu deməyə çalışır. Bəzən qətltək fiziki baxımından törədilmir, həm dəmənəvi baxımından da baş verdiyini görürük. Lakin buna görə məsuliyyətə cəlbolunmur, cinayət işi açılmır, heç kim məhkum olunmur. Bu işin məsuliyyətini də,cinayətini də, məhkumluğunu da, ziyalılar, aydınlar daşıyır. Ona görə də hekayəninqatil obrazı bu qəbildəndir. Bəlkə də o qatil olmasaydı, fiziki ölümə səbəbkarolmasaydı, neçə mənəvi ölümlər baş verərdi, cəmiyyət işığa yox, qaranlığasürüklənərdi. Məni hekayədə ən çox özünə çəkən bu oldu. Mən bu xəttdən yapışıb,düşündüm. Düşündüklərimi də, qələmə aldım. Daha doğrusu klaviaturada gəzişənbarmaqlarımın nizamlı hərəkəti ilə bunları yazdım. İndi isə rahatam. Rahatamki, düşündüklərimi yaza bildim. Yoxsa içimdəki narahatçılıq yuxusuzluğa, başağrılarına gətirib çıxarardı. Həm də varlığımdan yəqin oldum. Düşünmək həm dəvar olmaq deməkdir axı. Bu hekayəni oxuyaq və düşünək. Düşünək ki, varlığımızıhiss edək. Yoxluğumuzu unudaq.

Sonunda çay içməyiunutduğum, əvəzində faydalı iş bilib oxuduğum "Kafkanın qatili" hekayəsininkimlik sənədini cəhalət və intellekt arasında yaranan uçurumda gördüm. Gördüyümməni işığa, görmədiklərim isə yenidən hekayəyə qaytardı...