Jurnalistlərə ev verilməsində texniki işçilər anlayışına aydınlıq gətirildi
Son günlər jurnalistlər üçün inşa edilmiş binadan KİV-lərdə çalışan texniki işçilərə evlərin verilməyəcəyi barədə məlumat yayılıb.Movqe.azsaytı məsələni dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxlayıb.
Yayılan informasiyaya aydınlıq gətirən V. Səfərli bildirib ki, texniki işçilər dedikdə, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və sair nəzərdə tutulur: "Yəni, bütün KİV -lərdə sözügedən vəzifələri tutan şəxslər jurnalistlər üçün inşa edilmiş binadan ev almağa namizəd ola bilməzlər. Digər işçilər,o cümlədən KİV-lərdə texniki yaradıcılıq prosesində iştirak edən əməkdaşların namizədlikləri dəqoyulan şərtlərə uyğun olaraq işlədikləriqurumlar tərəfindənirəli sürülə bilər".
Digər Xəbərlər
02 May 2024 15:58
Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09Polislər deputatı doğulduğu kəndə buraxmadı: Video
02 May 2024 11:35