adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Iyun 2018 12:32
22820
ELM VƏ TƏHSİL

Jurnalistlər Gəncədə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirəcək

Builin sentyabrında Gəncədə jurnalistlərin təşəbbüsü ilə geniş beynəlxalq elmikonfrans keçiriləcək. Bu barədə Parlament Jurnalistləri Birliyinin GəncədəAzərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirdiyi görüşdə razılıq əldəolunub.

ADAU-daAzərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan görüşdə ilköncə tədbir iştirakçılarına Parlament(Tərəfsiz) Jurnalistlər Birliyinin icra etdiyi layihə haqqında məlumat verilib.Qurumun sədri Elşad Eyvazlı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentiyanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyiləkeçirilən layihədə AXC ilə bağlı silsilə araşdırma yazıların dərci, həminyazılardan ibarət kitabın nəşri nəzərdə tutulub. Layihənin bir komponenti isəölkənin bir sıra aparıcı jurnalistlərinin AXC-nin fəaliyyət göstərdiyiməkanlara ziyarəti ilə əlaqədardır. Artıq PJB üzvlərinin Tbilisiyə səfərininbaş tutduğunu qeyd edən sədr bild növbəti ziyarətin Gəncə olmasını təsadüfi adlandırmayıb:"Çünki Gəncə dövrü AXC hakimiyyətinin mühüm bir hissəsini təşkil edir. Bu,bizim şərəf tariximizdir. AXC qurucularının işləri heç vaxt unudulmayacaq. Bugün Azərbaycan dövləti onların xatirəsinin daim yaşadılmasına xüsusi diqqətyetirir. Amma bu, yalnız dövlətin işi deyil, bu məsələdə hər bir vətəndaşın, ocümlədən jurnalistlərin də üzərinə yük düşür”.


Görüşzamanı ADAU-nun rektoru İbrahim Cəfərov Gəncənin AXC hakimiyyətinin əsas fəaliyyətməkanı adlandırıb. O, AXC yaradıcılarının Gəncədəki 3 aylıq fəaliyyətini cümhuriyyəttarixinin zirvə dövrü kimi qiymətləndirib: "Bu şəxslər təkcə Gəncədəki 3 ayiçində insan ömrünə sığmayacaq dərəcədə işlər görüblər, çox mühüm qərarlarveriblər. Onların qarşısında yalnız baş əyməliyik. Bakıda döyüş getdiyi zamanbu şəxslər çəkinmədən işlərini görüblər, dünyaya çıxıblar, dövləti tanıdıblar.Cümhuriyyət qurucuları arasında gəncəlilər də çox olub. Biz çox böyük qürurduyuruq ki, universitetin inzibati binası məhz AXC-nin fəaliyyət göstərdiyibinada yerləşir”. Rektor İ.Cəfərov qeyd edib ki, bu bina gələcəkdə hər bir kəs,uşaq, böyük üçün ziyarətgaha çevrilməlidir, məktəbə gedən də, evlənən də məhzbu binanı ziyarət etməlidir.

Tədbirdəictimai elmlər kafedrasının müdiri Məhərrəm Hüseynov, "Aqrar siyasət və dünyaiqtisadiyyatı” kafedrasının müdiri Əsli Qurbanova, dosent Azad Bayramov çıxışedərəkAXC-nin Gəncədəki fəaliyyəti zamanı verilən qərarlar, sərəncamlar,onların tarixi əhəmiyyəti haqqında danışılıb. Qeyd edilib ki, digəruniversitetlərdən fərqli olaraq Azərbaycan Dövlət Aqrar Universitetinintələbələri bu tarixi daha gözəl bilirlər və bu binada olmağın məsuliyyətinianlayırlar.

Görüşünsonunda jurnalistlər və tələbələrin iştirakı ilə sentyabrda AXC-nin 100 illik yubileyinəhəsr olunmuş geniş beynəlxalq elmi konfransın təşkili haqqında razılıq əldəolunub. Tədbirə xarici ölkələrdən tarixçi alimlərin və araşdırmaçı jurnalistlərindəvət olunması qərara alınıb.

Nicat Novruzoğlu