İyunun “Ulduz”u çapdan çıxdı
“Ulduz”un iyun sayı İntiqam Yaşarın “Özüylə söhbəti və şeirləri” ilə açılır.
Adalet.az xəbər verir ki, “Sənət”də Təranə Vahid bir tamaşanın tarixindən – “Günahsız Abdulla, 62 dəqiqəlik şedevr və 42 il”dən yazır.
“Nəsr” Məmməd Məmmədlinin “Yer”, Furqanın “Taktika” və “Protez dişlər”, Mübariz Cəfərlinin “Başsızlar”, Əlisəfdər Hüseynovun “F= - F”, Mətanən Ulu Şirvanlının “Nənəmin qəbri” hekayələrini təqdim edir.
“Şeir vaxtı”nda Ceyhun Ötkəm, Günay Ümid, İradə Aytel, Cavid Qasımovdur.
“Esse”də Seyran Səxavət “Sözün belindən gələn adam”dan yazır.
“Tribuna”da Mobil Aslanlı Huntürk “H.B.Zərdabinin yaradıcılığında sağlam yaşam tərzi problemi”ni araşdırır.
“Debüt”də “Yeddi məktub, bir həqiqət” hekayəsi ilə 13 yaşlı istedadlı gənc Zəminə Məmmədovadır.
“1+1”də Fəridə Abdullayeva, İlkin Əhmədoğlu, Əminə Həbibdir.
Jurnalın bu sayında Elşad Barat, Nargilə Yusifqızı, Sübhan Vüqaroğlu, Fuad Biləsuvarlı, qürbətdə yaşayan Akif Azalpın gənclik şeirləri yer alır.
“Dərgidə kitab”da “Sözümün canı”yla Əsəd Cahangirdir.
Digər Xəbərlər
26 Iyul 2026 13:13
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu
24 Iyul 2026 14:08
“Vaqif Poeziya Günləri”nin keçirilməsi nadir sənət və mədəniyyət hadisəsidir"
24 Iyul 2026 13:48
İsmayıl Qarayevə həsr olunan “Ədəbiyyat Günləri” - GORANBOYDA
23 Iyul 2026 18:37


Bakı -°C

