adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Aprel 2019 12:28
11762
ƏDƏBİYYAT

İYİRMİ KİTAB BİR TƏQDİMATDA

Aprelin12-də Azərbaycan Yazıçılar Birliyi və birliyin Sumqayıt bölməsinin birgətəşkilatçılığı ilə AYB-nin "Natavan” klubunda tənqidçı, publisist, tərcüməçi, filologiyaüzrə fəlsəfə doktoru, "Qızıl kəlmə” ədəbi mükafatı laureatı Nərgiz Cabbarlınınyaradıcılığına həsr olunmuş "20 kitab 1 təqdimat”da adlı tədbir keçirildi.

AYB-nin Yaradıcılıq məsəslələri üzrəkatibi İlqar Fəhmi Nərgiz Cabbarlı yaradıcılığı haqqında tədbir iştirakçılarınaməlumat verdi. O, belə bir layihənin AYB-də ilk dəfə olaraq həyatakeçirildiyini vurğuladı. AYB-nin katibi Rəşad Məcid, Millət vəkili, akademik NizamiCəfərov, şairlər Əjdər ol, Vaqif Bəhmənli, tənqidçi Vaqif Yusifli, NizamiGəncəvi adına Ədəbiyyat İnstitutunu direktor müavini Əlizadə Əsgərli, "Azərbaycan”jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçılar Mustafa Çəmənli, SeyranSəxavət, Əlabbas, Kamran Nəzirli, Şəmil Sadiq Nərgiz Cabbarlının yaradıcılığının müxtəlif sahələri, ədədiprossesdə baş verən hadisələrə fərqli və fərdi münasibətindən söz açaraqmaraqlı faktlar söylədilər. Nizami Cəfərov N.Cabbarlının tənqidçi, publisist,tərcüməçi kimi fəaliyyətində əhəmiyyətli işlər gördüyünü vurğulayaraq onun"Yeni nəsil ədəbiyyatı” üçcildliyi, tərcüməsində dərc edilmiş Çingiz Aytmatovun"Kassandra damğası” romanının uğurlu alınmış mətni haqqında söz açdı.VaqifBəhmənli N.Cabbarlının yazıçıya digər tənqidçilərdan daha çox yaxın olduğunubildirərək "Axundzadə şəxsiyyəti” monoqrafiyası haqqında ətraflı danışadı və tənqidçinin "Beşik” nəşriyyatında uşaqlar üçünçoxaylı kitablar hazırladığından söz açdı. Kamran Nəzirli N.Cabbarlının müəllifdəndeyil, əsasən mətndən yazdığını qeyd etdi. Yazıçı Seyran Səxavət isə təqdimatınadına diqqət yönəltdi: "Adətən, bizdə bir kitab dərc edərək ona iyirmi təqdimatkeçirirlər. Amma Nərgiz Cabbarlı 20 kitab dərc edərək bir təqdimat keçirməklə,demək olar ki, hər birimizə maraqlı bir mesaj verdi. Bununla o, gördüyü işinciddiliyini bir daha diqqətimizə çatdırdı”."Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə isə tənqidçininkeçirdiyi təqdimat mərasiminin, əslində, bir yaradıcılıq hesabatı kimi qəbuledildiyini vurğuladı.

Sonda Nərgiz Cabbarlı çıxışedərək bu təqdimatın həqiqətən də hesabat xarakteri daşıdığını bildirdi vətədbirin təşkilatçılarına və iştirakçılarına təşəkür etdi.